23 Temmuz 2016 Cumartesi

Giriş

Giriş

Bir anlıq həyatınız boyu ən çox sahib olmaq istədiyiniz imkanın sizə verildiyini, lakin bu imkanı layiqincə dəyərləndirmədiyinizi düşünün. Həyatınızı tamamilə dəyişdirən bu yanlış qərardan sonra kim bilir nə qədər peşman olar, o ana geri qayıdıb qərarınızı dəyişdirmək istəyərsiniz. Amma artıq çox gecdir və zamanı geriyə çevirmək mümkün deyil. Ən ağıllı hərəkət isə bundan sonra belə bir səhv etməmək üçün tədbirli davranmaqdır. Bu yanlış qərarı verərkən bəzi insanları düşünür və bir daha bu cür insanların təsiri altına düşməmək üçün özünüzə söz verirsiniz.
Hal-hazırda bir çox insan bu vəziyyətdədir. Dünyadakı bütün insanlara geniş imkanlar verilmişdir. İnsanların əksəriyyəti isə bu imkanları görməməzliyə vururlar. Allah həm bu dünyada bütün insanlara gözəllik, ədalət, bolluq, rifah, rahat həyat, həm də axirətdə insanın düşünə bilmədiyi əbədi həyat vəd etmişdir. Bu yola Allah`ın elçiləri və insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablar vasitəsilə bütün insanlar dəvət edilmişdir.
Hz. Muhəmmədin (s.ə.v) də Quranla insanları doğru yola dəvət etməsi, haqqı ilə təqdir edənlər üçün vacib fürsət, böyük lütf və Allah`ın bir nemətidir. Vicdanlı və ağıllı olan hər insan bu fürsəti diqqətlə dəyərləndirməli, düşünməli və bu fürsətdən istifadə etməlidir. Əksi isə, yəni Quranda bildirilən həqiqətləri görməzlikdən gəlmək, dinləməmək, düşünməmək və ya bu həqiqətləri inkar edərək qaçmaq, axirətdə böyük peşmanlığa səbəb olar. Üstəlik, bu peşmançılığın heç bir faydası da olmayacaq.
Allah`ın dəvətini bu gün qəbul etməyənlər o ağır gün gəldiyi zaman: "…Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”. (Ənam surəsi, 27) -deyəcəklər. O gün hər insan dünya həyatında etdiyi hərəkətlərin əvəzini alacaq.
Onu da qeyd etmək lazımdır ki, içində nə yazıldığını belə bilmədən Quranı oxumaqdan, öyrənməkdən və dinləməkdən çəkinən, Qurandan üz çevirən insanlar əksəriyyət təşkil edir. Bu insanlar Allah`ın onları hansı həyata, hansı əxlaqa dəvət etdiyini bilmədən Quran ayələrindən qaçır, elçilərin dəvətini rədd edirlər. Bu, insanları uçuruma aparan böyük addımdır. Buna baxmayaraq, insanların əksəriyyəti qəflətdə olduqlarından və yanlış fikirlərinə görə öz vəziyyətlərindən bixəbərdirlər.
Bu kitabın yazılmasında məqsəd insanları dünyada və axirətdə böyük iflasa uğradan ön mühakiməli baxış prizmasına qarşı xəbərdar etməkdir. Keçmişdə yaşayan bütün saleh möminlər kimi iman gətirməsindən və ya gətirməməsindən asılı olmayaraq, hər cür ön mühakimədən, əzbərlənmiş məlumatlardan, yanlış fikirlərdən təmizlənmiş şəkildə Quran oxumağa, Allah`ın ayələrinin üzərində düşünməyə dəvət etməkdir. Amma onu da qeyd etmək lazımdır ki, bu xəbərdarlıq sadəcə Allah`ı və Quranı inkar edənlərə deyil, eyni zamanda, iman gətirdiklərini dedikləri halda, Quran əxlaqını yaşamayan insanlara da aiddir.
Keçmişdə yaşayan bütün peyğəmbərlər də göndərildikləri qövmləri Allah`a iman gətirməyə və haqq dinə tabe olmağa dəvət etdikləri zaman inkarla qarşılaşmışdılar.
Bu baxımdan, kitabda verilən nümunələrin bütün haqq kitablara aid olduğu və hər bir elçinin oxşar cavablarla qarşılaşdığı unudulmamalıdır. Bu kitabda “Quranı dinləməyənlər”, “Qurandan qaçanlar” kimi adlandırdığımız insanlar keçmişdə yaşayan bütün elçilərə, bütün haqq kitablara oxşar münasibət göstərən, iman gətirməməkdə israr edən, həqiqətlərdən qaçan insanları ifadə edir.
Məqsədimiz insanları yenidən Quranda bildirilənlər üzərində düşünməyə sövq etmək, Allah`a təslim olmağa dəvət etməkdir. Bundan başqa, Allah`ın Quranda xəbər verdiyi “Allah`ın təbliğatçısını qəbul etməyən kimsə yer üzündə (Allah`dan) yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər”. (Əhqaf surəsi, 32) ayəsinin hökmünü bir daha xatırlatmaqdır.

İnsanlar Quranda Bildirilən Həqiqətlərdən Niyə Qaçırlar?

İnsanlar Quranda Bildirilən Həqiqətlərdən
Niyə Qaçırlar?

İnsan dünyaya gəldiyi andan etibarən hər şeyi öyrənməyə səy göstərir. Uşaqlıq dövründə gördüyü, hiss etdiyi və oxuduğu hər şey onun üçün yeni və həyəcan verici olur, lakin müəyyən zaman keçdikdən sonra bu araşdırma və yeni şeyləri öyrənmə cəhdi öz yerini alışqanlığa, böyüklərdən qalma hazır məlumatlara verir.

Qeyd-şərtsiz qəbul edilən bu qəlibləşmiş məlumatların nəticəsində isə araşdırma və düşünmə qabiliyyətini itirmiş, görüb və hiss etdiyi hər bir şeyi sorğu-sualsız icra edən insan modeli ortaya çıxır. Bu insan üçün artıq cəmiyyətin pis dediyi pis, yaxşı dediyi isə yaxşıdır. Pisin niyə pis, yaxşının niyə yaxşı olduğu araşdırılmır.
Bu mövzuda diqqəti cəlb edən isə insanların din mövzusunda əvvəldən qalma məlumatlara bağlanmalarıdır. İnsanların əksəriyyəti adət-ənənələrlə, yanlış məlumatlarla və keçmişdən qalma yalan və yanlışlarla birləşdirdikləri dinlərini özünəməxsus şəkildə tətbiq edirlər.
Bu dinin qanun və qadağaları, əxlaq anlayışı tamamilə fərqlidir. Bu dinin Allah`ın vəhyində və Peyğəmbərimizin (s.ə.v.) sünnəsində olmayan bir çox qanunları var. Bu din məfhumunun ən təhlükəli nəticəsi isə insanlar arasında haqq dinə qarşı ön mühakimə yaratmasıdır.
İnsanların əksəriyyəti ön mühakimələr və yanlış məlumatlar nəticəsində əsl dindən uzaqlaşırlar. Hətta çox vaxt Allah`ın adının çəkilməsinə, ayələrinin oxunmasına belə dözə bilmirlər. Gündəlik həyatlarında hadisələrə bitərəf yanaşan, araşdıran və oxuyub-öyrənməyin tərəfdarı olan böyük dünyagörüşlü insanlar belə, dindən bəhs ediləndə çox sabit fikirli və ön mühakiməli davranırlar. Üstəlik, bu davranışlarının səbəbini izah etmək üçün bəhanə də gətirə bilmirlər.
Demaqoqluq və məntiqsiz sözlərlə bu düşüncələrini müdafiə etməyə çalışırlar. Lakin bu insanların Allah`ın ayələrindən, Quran əxlaqından qaçmalarının bir neçə səbəbi var.
İnsanlar Quranda bildirilən həqiqətlərdən aşağıda göstərilən səbəblərə görə qaçırlar:

Atalarının dininə kor-koranə bağlandıqlarından…

Bəzi insanlar həmişə dəyişikliklərə və yeni fikirlərə qarşı mühafizəkar davranmışlar. Onlar elmdən təhsilə, iqtisadiyyatdan ədalət sisteminə qədər bir çox mövzuda öz təsdiqini tapmış mövzuların dəyişdirilməsinə qarşı çıxmış, ancaq qarşı çıxarkən müdafiə etdikləri mövzular doğru olmamışdır. Çox vaxt vərdişlər, adət-ənənələr ölçü götürülmüşdür. Bu dünyagörüşü ilə Allah`ın vəhyini insanlara bildirən elçilərlə də qarşılaşmışlar. Öz batil dinlərini müdafiə edən insanlar tarix boyu hər elçiyə - hz. Muhəmmədə (s.ə.v), hz. İsaya, hz. Şüeybə, hz. Musaya, hz. Nuha, hz. Huda və digərlərinə qarşı çıxmış, batil inanclarından dönməyəcəklərini söyləmişlər.
Allah`ın bizə “atalarının dininə bağlılıq” olaraq bildirdiyi bu dünyagörüşünün nəticəsi insanların keçmişdəki atalarından qalan həyat və əxlaq formasını nümunə götürmələri və bunu davam etdirmələridir. Bu insanların ən böyük səhvi isə atalarının mirasına bağlı qalmalarıdır.
Quranda elçilərin təbliğləri və qövmlərinin onlara verdikləri cavablarla bağlı ətraflı məlumat verilir. Elçilərin Allah`a iman gətirmək üçün dəvətinə bu insanlar: “...Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” (Zuxruf surəsi, 23) -deyə cavab vermişlər.
Həqiqətən də, inkarçıların yolu atalarının yolu, oxuduqları isə atalarının əsərləridir. O yoldan başqa yolla getməz, o kitabdan başqa kitab oxumazlar. Atalarının doğru yolda olduqlarına inanır, onların həyatlarını özlərinə nümunə götürür, dedikləri hər sözün onlara həyat verdiyini düşünürlər. Bu bağlılıq o qədər güclüdür ki, bu yolun yanlış yol olduğunu və keçmişdəki atalarının bir çox səhv və nöqsanlarının olduğunu onlara göstərməyə çalışan insanları özlərinin ən böyük düşməni hesab edirlər. Ən böyük qorxuları da atalarından miras aldıqları bu dinlərindən döndərilməkdir.
Ayələrdə də bildirildiyi kimi, insanlar doğrunu araşdırmadan, vicdanlı şəkildə düşünmədən, sadəcə o formada gördükləri üçün atalarının dinini yaşayır, həqiqətlərə var gücləri ilə qarşı çıxırlar.
Allah inkar edənlərin bu hərəkətini “...Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?”  (Bəqərə surəsi, 170) ayəsi ilə bizə bildirmişdir.
Ancaq onlar dinlərinə bağlı olduqları üçün heç kimin atalarından daha ağıllı ola bildiyini ehtimal etməz, doğrunu eşitmək istəməz, elçinin dəvətinə qarşı qulaqlarını tıxayar, üz çevirərlər. Bu davranışlarının səbəbini isə izah edə bilməzlər. Çünki elçinin onları dəvət etdiyi şey Allah`ın sözü olan Qurandır. Ayədə bu şəkildə bildirilir:
(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf surəsi, 24)
İnsanlar məhz atalarının dininə kor-koranə bağlandıqları üçün Quran həqiqətlərindən qaçır, ayələrdəki hökmləri görməməzliyə vurur və Allah`ın vəhyini qulaqardına vururlar. Dünya həyatının nə qədər qısa olduğunu, bir neçə on ildən sonra ölüb və bir bezə sarılıb torpağın altına atılacaqlarını və Allah qatında bütün etdiklərinin hesabını verəcəklərini ağıllarına belə gətirməzlər.
Allah Qurandakı “Bəli, Biz onlara və atalarına ömürləri qədər xoş güzəran verdik...” (Ənbiya surəsi, 44) ayəsi ilə inkarçıların yanılmasına işarə edir. Ölüm həqiqətindən qaçan bu insanlar Allah`ın ayələrindən üz çevirdikləri üçün böyük iflasa uğrayacaqlar. Onlar böyük qəflət içindədirlər.
Quranda bu mövzuda verilən nümunələrdən biri də hz. İbrahimin qövmüdür. Onlar atalarının yolu ilə gedərək bütlərə sitayiş edirdilər. Bu batil dinə bağlı olduqlarına görə, hz. İbrahimin haqq dinə çağırışını rədd etmişdilər. Ayələrdə hz. İbrahimin atasına və qövmünə "... Bir zaman o, öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi”(Ənbiya surəsi, 52) ayəsindəki kimi səsləndiyi bildirilir. Bundan sonra aralarında olan söhbətlər Quranda belə xəbər verilir:
Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– demişdilər. (İbrahim) demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”. Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”– demişdilər. (İbrahim) demişdi: “Xeyr, sizin Rəbbiniz yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm”. (Ənbiya surəsi, 53-56)
Ayənin davamında qövmün hz. İbrahimin hər çağırışını inkar etdiyindən bəhs edilir. Aralarındakı söhbətdən sonra hz. İbrahim bütlərə hiylə quracağını söyləyir. Onlar getdikdən sonra “böyüyündən” başqa bütün bütləri sındırır. Sonra inkar edən qövm ilə İbrahim peyğəmbərin arasında olan söhbət Quranda belə xəbər verilir:
Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” (Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. (Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. Onlar dedilər: “Tanrılarımızı sənmi bu kökə saldın, ey İbrahim?” (İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”.(Ənbiya surəsi, 59-63)
Hz. İbrahimin bu dəvəti və ağıllı üsulu sayəsində qövmü əvvəl tərəddüd etsə də, sonradan vicdanla düşünərək zalımlıq etdiyinin fərqinə varır. Ancaq sonra yenidən üz çevirir. Onların bu əxlaqı ayələrdə belə xəbər verilir:
“… Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”. (İbrahim) dedi: “Elə isə Allah`ı qoyub sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız? Tfu sizə də, Allah`dan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?”(Ənbiya surəsi, 65-67)
Bundan sonra hz. İbrahimi öldürməyə, yandırmağa cəhd edirlər, lakin Allah onların bu tələlərini pozur. Yuxarıdakı ayələrdən də göründüyü kimi, qövmün etdiyi şeyin ağıllı və məntiqli olması vacib deyil. Əslində, onlar doğrunu axtarmaq da istəmirlər. Onların etdikləri yeganə şey doğru və ya yanlış olmasından asılı olmayaraq, atalarının yolu ilə getməkdir. Bundan başqa heç nə istəmirlər. Çünki bu insanlar ağıl və vicdanlarını dinləmirlər. Vicdanla düşünsələr, həqiqəti görə bilərlər. İradə göstərərək bunu həyata keçirməyin yerinə onlara öyrədilənlərlə kifayətlənirlər. Əksəriyyətin yolu ilə getmək öyrədilən şeylərin doğru və ya yanlış olduğunu ayırd etmədən kor-koranə həyata keçirmək deməkdir. Bu isə vicdanın korlanması və iradəsizliyin nəticəsidir.
Lakin bu qədər dəyər verib hər şeydən üstün tutan atalarını qiyamət günündə yanlarında görməyəcəklər. Dünyada insanları Allah`ın yolundan uzaqlaşdıran, şeytanın yoluna çağıranlar hesab günü onları tək qoyacaqlar. Ayələrdə bu insanların o gün keçirəcəkləri peşmançılıq hissi belə tərif edilir:
Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allah`a ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” (Əhzab surəsi, 66-68)

Dünya həyatına çox bağlandıqlarından…

İnsanların Quranda bildirilən həqiqətlərdən qaçmalarının birinci səbəbi dünya həyatına çox bağlanmaları və bu həyatlarının heç bitməyəcəyini düşünmələridir. Bu səbəbdən, dünya həyatının nə qədər qısa olduğunu anlamazlar. Hər insanın heç gözləmədiyi bir anda ölüm mələkləri ilə qarşılaşacağını, sonra yerin altına qoyularaq üzərinə torpaq atılacağını, o an özləri ilə heç nə götürə bilməyəcəklərini də düşünməzlər.
O gün heç bir insana nə mal-mülkü, nə də dəyər verdiyi yaxınları, dostları kömək etməyəcək. O gün insan Allah`ın qarşısına tək çıxanda, bütün əməlləri önünə gətiriləcək. Məhz o an dünya həyatının keçici bir imtahan yeri olduğunu bütün insanlar dərk edəcəklər. Amma o gün peşman olmaq üçün gec olacaq.
Bu həqiqətləri düşünməyən insanların dinə və dünya həyatına fərqli baxış prizmaları var. Həyatın təhsil-evlilik-iş üçbucağı daxilində çabalamadan ibarət olduğunu, bunlardan başqa bir həyatın mümkün olmadığını düşünürlər. Bu səbəbdən, zehinlərini sadəcə bu üç mövzu məşğul edir. Hadisələri bu prizmaya əsasən dəyərləndirirlər, qərarlarını buna görə verir, buna uyğun qururlar. Üzərində düşünülməli mövzuları da bu prizmaya görə sıralayırlar: necə pul qazanacaqları, gələcəklərinin necə olacağı, iş həyatında necə müvəffəqiyyət qazanacaqları, evlilik həyatları, təhsilləri, karyeraları… Əlbəttə, bunların hamısı vacibdir. Ancaq bu insanlar böyük səhv edirlər. Onlar sadəcə dünya həyatı ilə əlaqədar mövzuları düşünür və həyatın ən böyük həqiqəti olan ölümü düşünməkdən qaçırlar, çünki bu insanlara ayədə xəbər verildiyi kimi "…şeytan (günah işləri) gözəl göstərdi və onlara uzun ömür vəd etdi.” (Muhəmməd surəsi, 25) Dünya həyatının bitməsini istəməməklərinin səbəbi də məhz planları, gələcəkdən gözlədikləri və illərə böldükləri hədəfləridir. Axirət gününə hazırlıq görməyi isə düşünmək istəmirlər.
Quran oxumaqdan və Quranda bildirilən həqiqətləri düşünməkdən qaçdıqları üçün başqa insanlara bu həqiqəti izah etməyə imkan verməzlər. Halbuki, Quranı oxusalar və ya onlara deyilənlərə qulaq assalar, Allah`ın ayələrdə bildirdiyi həqiqətlərdən xəbərdar olar, Allah`ın razı olduğu şəkildə yaşamağın vacibliyini anlayarlar. Beləliklə, özləri və yaxınları üçün yararlı olan sonsuz cəhənnəm əzabından qurtularlar. Bunu qavramaq və ümid etmək hər insan üçün çox vacibdir, çünki əsl yurd sonsuz axirət həyatıdır.
Allah “Ali-İmran” surəsində belə bildirir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allah`dan qorxanlar üçün Rəbbi yanında altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları, pak zövcələr və Allah`ın rizası vardır”. Allah qullarını görür".(Ali-İmran surəsi, 14-15)
Yuxarıda da qeyd etdiyimiz kimi, insanlar öz anlayışlarına əsasən həyat tərzi keçirirlər. Bu həyat tərzinin, xüsusilə də dünyaya baxışlarının, başqa sözlə desək, həyat fəlsəfələrinin dəyişməsini istəməzlər. Tarix boyu Qurana və elçilərə qarşı göstərilən təzyiq və inkarın səbəbi də budur. Çünki mənimsədikləri fəlsəfənin dəyişməsi insanın həyat tərzini tamamilə dəyişdirəcəkdir. Quranda qövmünün hz. Şüeybə verdiyi cavab buna nümunədir. Bu qissədə də izah edildiyi kimi, qövmünün qorxduğu şey həyatlarını və mallarını tərk etmələridir. Bu vəziyyət ayələrdə belə xəbər verilir:
Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”. (Hud surəsi, 87)
Hz. Şüeybin qövmünə cavabı bu şəkildədir:
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allah`ın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam. (Hud surəsi, 88)
Bu insanlar yaşadıqları batil həyatlarından razıdırlar. Bu həyat tərzinin və vərdiş etdikləri sistemin dəyişməsini əsla istəmirlər. Allah`ın "Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer oddur.” (Yunis surəsi, 7-8) ayələri ilə bizə tanıtdığı bu insanlar doğru yolda olduqlarını zənn edirlər.
Allah`ın zikrindən üz çevirmişlər və "Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!” (Nəcm surəsi, 29) ayəsində bildirildiyi kimi, istədikləri şeyə - dünya həyatına qovuşmuşlar. Ancaq dünya həyatı keçici zövqdən başqa bir şey deyil.
Quranda "Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.” (Hicr surəsi, 2-3) ayələrində bildirildiyi kimi, bu dünya həyatındakı əyləncə o insanlara heç nə verməyəcək. Allah dünya həyatına aldanaraq din əxlaqını unudanların hesab günü peşman olacaqlarını belə bildirmişdir:
O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.(Əraf surəsi, 51)
DÜNYAYA MEYL EDƏN İNSAN
SƏMİMİYYƏTİN VERDİYİ ZÖVQÜ VƏ DƏRİNLİYİ İTİRİR
ADNAN OKTAR: Əsas səbəblərdən biri də ağıldan az istifadə etməkdir.. Halbuki insan bir az təfəkkür edib düşünsə, mən hər zaman deyirəm, mərcimək böyüklüyü qədər kiçik yerdə bir aləmi seyr edən insan, onsuz da başqa bir dəlil axtarmaz. Başqa dəlilə ehtiyac duymaz. Bir də səmimiyyətin dərinliyini və zövqünü itirməkdən qaynaqlanır hadisə. Yəni, insanlar adətən məntiqlə hərəkət edirlər. Çünki məntiq hər tərəfdən insanlara öyrədilir. Anası gəlir, “övladım ağllı ol, məntiqli ol, dünyanın ən ağılsızı sənsənmi, niyə gedib kömək edirsən?” - deyir məsələn. Ona məntiq dərsi verir. Ailələr çox məntiqlidirlər, adətən bir çoxu, yəni hamısını tənzih edirəm, materialist ailələr, Darvinist ailələr həmişə məntiq üzərinə qurublar hadisələri. Məsələn, iş yerində qeyri-qanuni bir şey ediləcək, “dünyada ən dürüst insan sənsənmi, bax hamı edir” –deyirlər. “Məntiqli ol, et o işi”- deyir və etdirirlər. Bu, həmişə şeytanın səsidir. Halbuki insanın məntiqi ilə deyil, vicdanı ilə, Allahdan qorxaraq, çox təbii və səmimi hərəkət etməsi lazımdır. Belə olduqda təbii ki, insanın başı bəzən bəlaya da girər, dərdə də girər. Yəni, dürüstlük elə ucuz bir mövzu deyil. İnsana baha başa gəlir. Yəni, insanlıq, namus, şərəf bunun qarşılığı ağırdır. İnsanlar çox vaxt bu səbəbdən müşkül vəziyyətdə qalırlar. Bunu qəbul edəcək insanlar.

Jurnalist: Doğru deyirsiniz, bəli. İndi inancdan uzaqlaşmağa səbəb olan mövzulardan bəhs etmək istəyirəm. Günahlara mübtəla olmaq, günahların əsiri olmaq deyə bir şey varmı?

ADNAN OKTAR: Olur elə. Ağlı zəif olur. Ağlı zəif olduqda imanı zəif olur. Günah insanı incidər. Çox narahat edər. Məsələn, zina edən insan, normal bir Müsəlman iflic olar. Onsuz da gücü çatmaz ona. Ona iradə göstərə bilməz. Bütün bədəni iflic olar sanki. Məsələn, haram bir içkini fərz edək, şərab, iflic olar içə bilməz. Gücü, iradəsi çatmaz. Ona görə həqiqi imanda bunlar onsuz da, təbii olaraq Müsəlmanda olmaz. Bir də iyrənər Müsəlman, haramdan iyrənər. Küfürdən iyrənər. Onun fitrətində vardır bu. Küfürdə isə çirkin olanı bəyənmək vardır. Bunu Masonlar belə açıqlayır: “Donuz üçün pisliyin” -deyir, “qiyməti olmasa donuz pislik yeyərmi”. Özlərinə bir qapı açıblar ordan, çox pis bir nümunədir, yəni iyrənc bir örnəkdir. Belə məntiqlə yaxınlaşırlar. Burada müsəlmanın ağılla davranıb doğru olanı etməsi lazımdır, səmimi olanı etməsi lazımdır. Biz də səmimi olanı edərkən heç çətinlik çəkmərik. Səmimiyyət çox zövqlüdür. İnsanda adrenalin təsiri yaradır səmimiyyət. Müdhiş rahatladır, insanın bütün əzələləri rahatlayır səmimiyyətdən. Məntiqdə insan sıxılır. Dili, dişi sıxılır məntiqli hərəkət etməkdən. Gözlər, diqqət etsəniz nöqtə kimi olur, məntiqdən mənfəətdən və hesabdan gərilir. Çünki ən kiçik bir xətada mənfəətinin zədələnəcəyini düşünür.

Halbuki mömin Allaha tam təslim olar. Bir uşağın anasına təslim olması kimi, anasının qucağında necə tam təslim olmuş şəkildədirsə, mömin də Allaha tam təslim olmuşdur. Könlü olduqca rahatdır. O səbəbdən həm ağlı, həm bədəni, ümumiyyətlə, hər yöndən mömin çox səhhətli olar. Çox sağlam olar. Ancaq hər şeyi özünün etdiyini düşünən insana, bir ovuc beyni olan insana bu təzyiq artıq olar. Onda da sinirləri pozular. Əl-ayağı boşalar. Nə deyəcəyini bilməz. Hafizəsi itər. Yəni, məhv olar. Rəngi sapsarı olar. Hüzursuz yaşayar və hər cür xəstəlik tutar. Məsələn, xərçəng xəstəliyinə tutulma ehtimalı çoxalar. Çünki immuniteti qırılır. Bədən özünü müdafiə edə bilməyəcək hala gəlir. Xərçəng, şişlər hər cür xəstəlik inkişaf edəcək hala gəlir. Halbuki dərin iman, yəni iman edəndə, heç olmaz demirəm, təbii ki, imtahan olaraq olar, son dərəcə sağlam olsa da olar, amma adətən dindarlar çox sağlam olur. Məlumdur bu. Yəni, həqiqi bir dindar çox güclüdür. Çox sağlamdır, bu keçmişdən bəri bilinən bir şeydir. Hətta iman gücü deyərlər, inşaAllah.

(Cənab Adnan Oktarın Kanal 35 –dəki repotajından, 7 Fevral 2009)

Çox qürurlu olduqlarından....

Bəzi insanların Quranda bildirilən həqiqətlərdən qaçmalarının səbəbi isə lovğalanma hissi, yəni qürurlarıdır. Öz fikirlərinin, inanclarının, həyat tərzlərinin doğruluğuna və qüsursuzluğuna o qədər inanırlar ki, bunlardan daha doğru fikrin, inancın varlığını əsla qəbul etmək istəmirlər. Bunu düşünmək belə onları narahat edir. Allah`ın "Ona: “Allah`dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!” (Bəqərə surəsi, 206) ayəsində də bildirildiyi kimi, insanı inkara sürükləyən məhz qürurudur.
Belə insanlar Qurana dəvət edildikdə onu inkar edirlər. Çünki bu haqq dinə tabe olmaq, indiyə qədər batil inanca sahib olmağı qəbul etmək demək və həmçinin səhv yolda olduqlarını, doğru yolda olmayan insanları öndər seçdiklərini və ya yazdıqları, oxuduqları, dəyər verdikləri hər şeyin səhv olduğunu öyrənmələri deməkdir. Bu da onlar üçün böyük fəlakətdir. Buna görə də, dəlillə isbat edilsə belə, fikirlərindən əsla dönmək istəməzlər. Çünki qürurları buna izn verməz. Ayədə bildirildiyi kimi, qürurları onları günaha sürükləyər.
Əslində, Quranın yeganə həqiqət olduğunu dərk etdikdən sonra yanlış yolda olduğunu dərhal qəbul etməli, vicdanlarının səsini dinləməli və tövbə edib yeni həyata başlamalıdırlar. Asan olan və Allah`ın razı olduğu əxlaq məhz budur. Bunun əksi həm dünyada, həm də axirətdə sıxıntı içində yaşamaqdır. Allah inkar edənlərin əhvalını "Buna qəti inandıqları halda, haqsızcasına və təkəbbürlə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!” (Nəml surəsi, 14) ayəsi ilə bizə bildirir. Qürurları bu insanları doğru yoldan sapdırır və böyük ziyana uğradır.
Din əxlaqından uzaq olan insanların qürurlanmasının nəticəsi “Həcc” surəsində bu şəkildə bildirilir:
İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını o yan bu yana çevirir ki, (insanları) Allah`ın yolundan sapdırsın. O, bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Ona deyiləcəkdir:) “Bu, əvvəllər öz törətdiyin əməllərin əvəzidir, yoxsa Allah qullarına əsla zülm edən deyildir”.  (Həcc surəsi, 8-10)
Ayələrdə qeyd edildiyi kimi, inkar edənlər qürurları ucbatından digər insanları da Allah`ın yolundan döndərmək istəyirlər. Buna görə, məlumatları olmasa da, mübahisə edirlər. Quranı oxumasalar da, Quran əxlaqını bilməsələr də, Allah haqqında mübahisə edir və qürurla üstün gəlməyə çalışırlar. Ancaq axirət günündə bu qürurlu davranışları insanlara heç bir fayda verməyəcək. Əksinə, böyük peşmançılığa səbəb olacaq və ayədə bildirildiyi kimi: "Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq.” (Ənam surəsi, 27) -deyəcəklər.

Yanlış və sabit fikirləri səbəbindən…

İnkarçıların Quranı dinləməməklərinin, ondan qaçmalarının səbəblərindən biri də yanlış və sabit fikirli olmalarıdır. Yuxarıda da bildirdiyimiz kimi, atalarından öyrəndikləri məlumatlar və yanlış adət-ənənələr, cəmiyyətdə gördükləri həyat və düşüncə tərzi bu insanların həyata baxışında mühüm rol oynamışdır. Kiçik dəyişiklik və ya yenilik fikri onların etirazına səbəb olur. Hətta yenilik, dəyişiklik və haqq gətirən insanlara qarşı təcavüzkar və qəzəbli olmalarının səbəbi də bu yanlış və sabit fikirləridir.
Bu yanlış fikir bir pərdə kimi insanların bir-birlərini dinləmələrinin və görmələrinin qarşısını alır. Allah`a iman gətirməyə dəvət edilən belə insanların cavabı “Fussilət” surəsində belə bildirilir:
Ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, bilən camaat üçün bir Kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”(Fussilət surəsi, 3-5)
Əslində, insan Qurana dəvət edilərkən batil, səhv düşüncələrindən arınma fürsəti əldə edir. Belə bir vəziyyətdə bu dəvəti edəni dinləmək, dəvət etdiyi haqq kitabı oxumaq və düşünmək daha doğru olar. Vicdanlı insan doğrunu gördüyü andan öz fikirlərini tərk edər.
Yanlış və sabit fikirli olmaq insanı ağıllı və məntiqli düşünməyə qoymur. Üstəlik, burada bəhs etdiyimiz mövzu hər insanın borcudur. Quran hər insanın qurtulmaq üçün təslim olacağı yeganə kitabdır. Hər hansı bir mövzunu dinləmədən, oxumadan, düşünüb qiymətləndirmədən rədd etmək ancaq sabit fikirli, dar düşüncəli və yeniliyə bağlı olan insanların davranışıdır. Amma Allah`ın insanlara göndərdiyi təhrif edilməmiş son haqq kitab olan Quranı dinləməmək, ayələri oxumamaq sadaladığımızdan daha ciddidir. İnsanın hər hansı bir həyati mövzuda yanlış fikirdə olması bəlkə ona böyük zərər verməz, amma Allah`ın əmrlərini dinləməmək mövzusunda sabit fikirlilik insanı cəhənnəmə aparan çox ciddi təhlükədir. Hər bir insan belə vəziyyətə düşməkdən çəkinməlidir.
Bundan başqa, insanın fitrətində daim mükəmməlik axtarmaq xüsusiyyəti var. Daha gözəl fikir, daha gözəl düşüncə, daha yaxşı baxış yönü insanı həmişə özünə cəlb edir. Ancaq dinsizlik insanın yaradılışına uyğun olmayan sabit fikirliliyi məqbul göstərir və insanın köhnəlmiş fikirlərinə bağlı qalmasına səbəb olur. Hadisələri olduğu kimi mühakimə etməyə izn vermir, köklü dəyişikliklər etməyə qoymur.
Bu dünyagörüşünü metroların, təyyarələrin, gəmilərin, inkişaf etmiş nəqliyyat vasitələrinin olduğu halda, başqa qitəyə at arabası ilə getmək istəyən insanın vəziyyətinə bənzətmək olar. Necə ki, bu insanın inadkar davranışı onu texnologiyanın nemətlərindən necə məhrum edirsə, eləcə də yanlış və sabit fikirli insan bütün çətinlikləri özü çəkir, gözəllik və rahatlıqdan məhrum olur.
İnsanların yanlış və sabit düşüncələri sadəcə dinə baxışları ilə məhdudlaşmır, bütün həyat tərzlərində özünü göstərir. Evlərinin dekorasiyasında dəyişiklik etməmək, yeni texnoloji məhsullara qarşı ön mühakiməli yanaşaraq bu məhsullardan istifadə etməmək, eyni cür geyinmək, eyni yeməkləri yemək, eyni cür əylənmək, eyni zarafatları etmək bu yanlışlıqlardan sadəcə bir neçəsidir. Bu sabit fikirlilik düşüncə formalarını da öz təsiri altına alır. Buna görə, səhv olsa da, eyni fikri müdafiə edir, eyni doğrulara və yanlışlara sahib olurlar. Bu qaydalar ucbatından müstəqil və rahat düşünə bilmir, yeni fikirləri müdafiə edən kitabları oxumur, yeniliklərdən zövq almır, həyatlarını yaxşılaşdırmağa cəhd etmirlər.
Buna misal olaraq materialist və kommunist fəlsəfəni mənimsəyən insanları göstərə bilərik. Onları dərhal tanımaq mümkündür. Geyim və saç formaları, danışıq üslubu illərdən bəri dəyişmir. Əsrlər keçsə də, keçmiş fikirləri müdafiə edir, bu fikirləri doğru kimi göstərir, öz təcrübələrini hər yerdə nümunə göstərirlər.
Karl Marksın “Kapital”ını, Çarlz Darvinin “Növlərin mənşəyi”ni və ya Maonun “Qızıl kitab”ını illərlə özlərinin stolüstü kitabı edir, bu kitabları təkrar-təkrar oxuyur, altından xətt çəkir, əzbərləyirlər. Bu kitablardakı "dövriyyədən çıxmış" məlumatları israrla müdafiə edir, çatışmazlıq və ya səhv olma ehtimalını belə qəbul etmirlər. Dünyada baş verən hadisələri və elmi inkişafı izləmədiklərindən bu kitablarda olan məlumatları doğru və elmi zənn edirlər. Böyük səbirlə Marksın XIX yüzilliyin qaranlıq səhifələrində qalmış fikirlərinin və utopiyasının həyata keçməsini gözləyirlər. XX əsrin əvvəllərində elmi tərəqqi qarşısında yox olan Darvinin iddialarının doğru olduğunu zənn edirlər. Sadəcə özləri kimi düşünənlərlə görüşür, illərlə eyni qəzeti oxuyur, eyni filmlərə baxırlar. Ən çox dedikləri isə "mən dəyişmədim, bundan 40 il əvvəl nəyi müdafiə edirdimsə, indi də onu müdafiə edirəm" sözüdür. Ancaq unutmaq olmaz ki, bu söz ancaq mütləq doğruları müdafiə edən insan tərəfindən söyləndiyi zaman məqbul sayılır.
Dəyişikliyə, yeniliyə qarşı çıxmaq, müxtəlif fikirləri dinləmədən rədd etmək bu insanların qürur hesab etdikləri anlayışdır. Öndər hesab etdikləri Marks, Mao və ya Darvin kimilərin dinə qarşı sözlərinə o qədər inanırlar ki, bu sözdən dönməmək üçün Quran və Quran əxlaqından bəhs edən kitabları oxumaqdan çəkinirlər. Belə kitabları oxumağın onlara zərər verəcəyini düşünürlər.
Halbuki, Quran əxlaqına dəvət olunmaları bu insanların keçmiş təcrübələrindən dərs almaları, səhvlərindən nəticə çıxarmaları, daha gözəlini, daha yaxşını axtarmaları sabit fikirlərindən qurtulmaları üçün fürsətdir. Ancaq yanlış fikirləri ucbatından onlara məsləhət verən insanları aşağı səviyyəli görür, səmimi, xoş niyyətli təklifi düşünmədən rədd edir, kor-koranə bağlandıqları inanclarından əsla vaz keçmirlər.
Niyə hər cür yeni məlumata, yeni fikrə, yeni anlayışa və ya elmi həqiqətə qarşı çıxan bu insanlar yanlış və sabit fikirlərindən dönmürlər?
Məhz burada şeytanın insanlar üzərindəki təsiri qarşımıza çıxır. Şeytan inkar edənlərə gördükləri işləri gözəl göstərib, onları doğru yolda olduqlarına inandırmışdır. Vicdanlarının səsini dinləməyənlər və Qurandan qaçan bu insanlar şeytana aldanmışlar. Ayədə bu şəkildə bildirilmişdir:
... Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki, onlar gözüaçıq adamlar idilər. (Ənkəbut surəsi, 38)
Doğruları görən, mənfi cəhətlərinin fərqinə varan bu insanlar şeytanın təsiri ilə sonradan görməyən, həqiqətlərə qulaq tıxayan insanlara çevrilirlər. Həqiqətən də, bu cür insanla danışmaq, ona xatırlatmaq və ya onunla fikir mübadiləsi aparmaq mümkün deyil. Çünki onlar öz fikirlərini paylaşmayan insanları dinləməyə, onların sözlərinə qulaq asmağa və onların tənqidinə dözə bilməzlər.
Ağıllı, vicdanlı, düşünməyi bacaran bir insan rahat şəkildə qüsurlarını görə bilir, lakin sabit fikirli insan isə özünü kənardan izləyib dəyər verə bilmir. Bu insanların ən vacib xüsusiyyəti sabit fikirləri ilə öyünmələri, illərlə dəyişməyən düşüncə sistemləri və həyat tərzləri ilə iftixar hissi keçirmələridir.
Allah'ın "Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.” (Zuxruf surəsi, 37) ayəsi ilə bildirdiyi kimi, bu insanlar doğru yolda olduqlarını zənn edirlər. Amma heç də düşündükləri kimi deyil. Hesab günü düşünmək, xatırlamaq və peşman olmaq haqqdan üz çevirən insanlara bir fayda verməyəcək. Ayədə bu şəkildə bildirilir:
Və o gün cəhənnəm gətiriləcək. O gün insan xatırlayacaqdır. Lakin xatırlamanın ona nə faydası? (Fəcr surəsi, 23)

Quranı Dinləməyənlərin Gizli Lideri: Şeytan

Quranı Dinləməyənlərin
Gizli Lideri: Şeytan

Kitabın birinci hissəsində insanların Quranı dinləməmə və həqiqətlərdən qaçma səbəblərini ayələrlə izah etdik. İnsanları Qurandakı həqiqətlərdən qaçmağa və inkar etməyə təşviq edən, onları yanlış yola yönəldən və onlara təsir etməyə çalışan insanlar var. Bu insanlar şeytanın təsiri altında olan cəmiyyətlərə liderlik edən insanlardır. Məqsədləri dinsizliyi yaymaq, Quran əxlaqının tətbiq olunmasının qarşısını almaqdır.
Bu insanların sayca çox olmalarına ehtiyac yoxdur. Cəmiyyətdə maddi və mənəvi gücə malik olan, iqtisadiyyatı əllərində tutan və ya cəmiyyətin düşüncə tərzini yönləndirən vasitələrə sahib olmaları kifayətdir. Bununla kütləni istədikləri yönə istiqamətləndirirlər. Bu vasitələr sayəsində insanları istədikləri cür düşündürüb danışdıra bilirlər.
İnkarçıların öndərlərinin siyasəti xalq arasında təslimiyyətlə qarşılanır. Bu insanların əsl niyyətini bilməyən, özünü dünya həyatına qapdıran insanlar məqsədlərinin nə olduğunu və nə cür həyatın içinə düşdüklərini bilmədən onların göstərdikləri yolla gedirlər. Onların ağzından çıxan hər sözü dərhal qəbul edir və həyatlarını buna əsasən uyğunlaşdırırlar. Onlar bütün vasitələrdən öz düşüncələrini yeritmək üçün istifadə etmiş, istədikləri şəkildə təhsil verilməsini təmin etmiş, istədikləri kitabların oxunmasına icazə vermiş, istəmədiklərini kütləvi şəkildə məhv etmişlər. Müxtəlif düşüncələrin olmasına izn verməmiş, bütün zidd düşüncələri vəhşicəsinə ortadan qaldırmışlar. Dinsizliyi insanlar arasında yaymaq üçün hər cür üsuldan istifadə etmiş, kilsələri, məscidləri dağıtmış, dini təhsili aradan qaldırmışlar. Bu insanların hərəkətləri Quranda bildirildiyi kimi, insanları oda çağırmaq olmuşdur. Allah “Qəsəs” surəsində bu cür davranan insanların vəziyyətini belə bildirir:
Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar qovulmuş kimsələrdən olacaqlar. (Qəsəs surəsi, 41-42)
Bu inkarçı idarəçilərin güclü təlqinləri sayəsində düşünməyən, görməyən, danışmayan ağılsız insanlar ortaya çıxır. Bu insanlar onları yaradan və həyat verən Allah`ı unudaraq özlərinə rəhbər seçdikləri insanın sözünə görə hərəkət edir, onun razı olmadığı hərəkətlərdən çəkinirlər. Bu insanların rəhbərlərinin izni olmadan Allah`a iman gətirməyə dəvət edənləri dinləmələri, onların kitablarını oxumaları və Allah`a iman gətirmələri mümkün deyil. Quranda bildirilən peyğəmbərlərin həyatlarında da bunun nümunələrini görmək mümkündür. Çünki hər qövmün içində insanların elçilərə iman gətirmələrinin qarşısını almağa çalışan öndərlər olmuşdur. Məsələn, hz. Musa fironun qövmünü Allah`ın ayələrinə iman gətirmək üçün dəvət edəndə qövmü fironun güc sahibi olduğundan onun öndərliyini qəbul etmiş və onun verdiyi əmrlərə düşünmədən tabe olmuşlar. Ancaq ayələrdə fironun insanları oda apardığına belə işarə edilmişdir:
Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik – firon və onun əyanlarına. Onlar isə fironun əmrinə tabe oldular. Halbuki, fironun əmri doğru deyildi. Qiyamət günü öz camaatının qabağına düşüb onları oda aparacaq… (Hud surəsi, 96-98)
Bu liderlər onlardan asılı olan insanların həyatlarını idarə etdikləri kimi, necə düşünəcəklərinə də qərar verirlər. Məsələn, fironun bütün dəlillərə baxmayaraq, Allah`ın varlığını qəbul etməməyi hakim olduğu cəmiyyəti də eyni cəhalətə sürükləmişdir. Bu baxımdan Qurandakı firon nümunəsi inkar edənlərin liderlərinin cəmiyyətə necə təsir etdiyini bir daha sübut edir:
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.  (Şuara Suresi, 49)
Ayədən də göründüyü kimi, insanları haqq dinə qarşı çıxaran bu liderlərin ən vacib xüsusiyyətlərindən biri cəmiyyəti qorxudaraq təzyiq göstərməkdir. Bu səbəbdən, firon nümunəsində olduğu kimi, müxtəlif iftiralarla, həbs olunma, xalqın gözündən salma, öldürmə kimi təhdidlərlə insanları qorxudaraq Allah`a iman gətirməyə qoymurlar. Ancaq bir şeyi unudurlar ki, ağıllı və imanlı möminlər nə qədər təzyiq və ya təhdidlə qarşılaşsalar da, Allah`dan başqa heç kimdən və heç nədən qətiyyən qorxmazlar. Çünki iman gətirənlər bilirlər ki, insan yalnız Allah qarşısında məsuliyyət daşıyır və yalnız Allah`ın rizasını qazanmaq üçün yaşamalıdır. Firon qissəsində də gördüyümüz kimi, hz. Musanın gətirdiyi dəlilləri görən sehrbazlar Allah`a olan imanları və səmimiyyətlərinə görə fironun təhdidlərindən qorxmamış və Allah`a iman gətirdiklərini bildirmişlər:
Sehrbazlar səcdəyə qapandılar. Onlar dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik! Musa və Harunun Rəbbinə!” Firon dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz. Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”. Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq. Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür”. (Əraf surəsi, 120-126)
Allah bir başqa ayədə iman gətirən sehrbazların firona qarşı çıxdıqlarını belə bildirir:
Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!” (Taha surəsi, 72)
Liderlərinə bağlı olduqları üçün ağılla və vicdanla düşünməyən, dolayısilə də Quranı rəhbər etməyənlərin vəziyyəti firon izn vermədiyi üçün iman gətirməyən cəmiyyətin vəziyyətinə bənzəyir. Bu insanlar Allah`ın varlığından və Ondan başqa heç kimin və ya heç nəyin müstəqil gücü olmayacağından qafil olduqlarından, qorxduqları şeyin nə qədər mənasız olduğunun fərqinə varmazlar. Halbuki, qorxduqları və əmrinə tabe olduqları şəxslər, əslində, heç bir gücə malik olmayan, Allah`ın yaratdığı qədərə tabe olan aciz insanlardır. Məsələn, firon yaşadığı dövrdə xalqına təzyiq göstərən və çox zülm edən bir lider idi. Amma ayələrdə xəbər verildiyi kimi, firon ancaq bu dünyada hökm verə bilər. Nə sahib olduğu mal-mülk, nə də qurduğu krallıq onu ölümdən xilas edir. Onun da qısa sürən ömrü ölümlə nəticələnir. Qövmünün Allah`a iman gətirməsinə mane olmaq üçün verdiyi əmrlərdən isə əsər-əlamət qalmamışdır.
Öndərlərinin təlqin və təzyiqlərini bəhanə edərək Quranın əmrlərindən qaçan insanlar Allah`ın hüzurunda olduqları zaman əmrlərinə tabe olduqları bu liderləri yanlarında görməyəcəklər. Hər kəs tək-tənha hesab verəcək və bütün əməlləri önünə gətiriləcək. Dolayısilə, küfrün liderlərinin dünyadakı güc, var-dövlət, ehtişam, iqtidar sahibi görüntüləri yanıldıcıdır. Allah küfrün öndərlərinin hətta öz nəfslərinə yardım edə bilməyəcəklərini bir Quran ayəsində belə bildirmişdir:
De: “Sizi gecə də, gündüz də sizi Ər-Rəhmandan müdafiə etməyə qadir olan kimdir?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər. Yoxsa onları Bizdən qoruya biləcək tanrılarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər. Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim gəlib ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?! (Ənbiya surəsi, 42-44)
Allah`dan başqa varlıqların gücü olduğunu düşünmək, onlara tabe olmaq, bu insanların düşüncə, inanc və əxlaqi dəyərləri yönləndirmələrinə izn vermək, öz düşüncə və inanclarını itirmək böyük ağılsızlıq və qəflətdir. Əslində, bu vəziyyət düşünməyən, iradəsiz və zəif cəmiyyətin psixologiyasından irəli gəlir. Bu insanlar üçün hazır olanı düşünmək, onları tətbiq etmək və heç bir məsuliyyət daşımamaq daha rahatdır. Onlar özlərinin düşünməyini, oxuyub-öyrənməyi, araşdırmağı çətin hesab edirlər. Hətta rəhbər seçdikləri insanlar həyatda olmasa da, onların əsərlərinin oxunması bu insanların dünyagörüşünün formalaşmasına kifayət edir. Bu insanın fikirlərində qeyri-sağlam düşüncə tərzinin olub-olmamağını dəyərləndirmədən dərhal bu fikirləri mənimsəyirlər. Marksın, Maonun, Leninin, Stalinin, Mussolininin, Hitlerin, Darvinin və s. kimi bir çox dinsiz fikri və ya siyasi rəhbərin insanların düşüncələrinə yiyələnmələri bu anlayışa nümunədir.
Bu anlayış səhv olduğu kimi, həm də təhlükəlidir. İnsan məlumatsızlıqdan, vicdanının səsini dinləmədiyindən və başqa səbəblərdən Allah`a iman gətirməyə bilər. Ancaq doğrunu gördüyü andan qəbul etməsi daha ağıllı davranış olardı. Bilə-bilə səhv etmək, inadkarlıq etmək, doğru olanı tətbiq etməmək böyük ağılsızlıqdır. Əslində, doğrunu tətbiq etmək üstünlük olduğu halda, bunu zəiflik kimi görmək, insanların nə düşünəcəyini hesablamaq və etibarını qorumağa çalışmaq insana həm dünyada, həm də axirətdə zərər verər. Halbuki, bu qərarı vermək və qeyd-şərtsiz Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə tabe olmaq vicdanlı və cəsur hərəkətdir. Eyni zamanda, bunu edən insan nə qədər güclü, səmimi və sağlam düşüncəli olduğunu da sübut etmiş olur. Əslində, zəiflik şeytanın təlqinlərinə səssiz qalmaq, şeytana itaət etməkdir.

Şeytanın firqəsindən olmaq…

İnsanların haqq dinlə gələn elçilərə və ya elçilərin yoluna dəvət edən səmimi müsəlmanlara qarşı inkarçı üslubları həmişə eyni olmuşdur. Qövmün öndərləri elçinin sözünü dinləməyib haqq dinə uymamaq üçün həmişə eyni bəhanələr irəli sürmüş, qaçmaq üçün həmişə eyni üsullardan istifadə etmişlər. Bəs bu bənzərliyin, eyni söz və eyni hərəkətlərlə cavab verməyin səbəbi nədir? Hamısı eyni kitabı oxuyurlar? Yoxsa bu insanlar yaranandan bəri eyni insanın yolu ilə gedirlər?
Bunun səbəbi din əxlaqından uzaq olan insanların həmişə eyni yerdən əmr almaları, eyni öndərin sözünü dinləmələridir. İnsanların Allah`a iman gətirmələrinin, elçilərin sözünə itaət etmələrinin, hidayətə gəlmələrinin, Allah`ın haqq kitabı olan Qurana tabe olmalarının qarşısını alan öndər şeytandır. Əvvəlki hissələrdə insanları inkara təşviq edənlər cəmiyyətin liderləri olduğundan, insanları müxtəlif vasitələrlə təsir altına alıb doğru yoldan azdırdıqlarından bəhs etdik. Ancaq maddi və ya mənəvi güc sahibi olan bu insanlar da, əslində, şeytanın əmr və təlqinləri ilə hərəkət edir, onun sözünü dinləyirlər. Allah "Onlar Allah`ı qoyub yalnız üsyankar şeytana sitayiş edirlər”. (Nisa surəsi, 117) ayəsi ilə insanların şeytanın yolu ilə getdiklərini, xeyirdən uzaqlaşdıqlarını bildirir. Dolayısilə, şeytan bu insanların öndəri olaraq onları müxtəlif vədlərlə aldadır, onların xalqı aldatdıqları kimi, müxtəlif təlqin və vəsvəsələrlə Allah`ın haqq dinindən uzaqlaşdırır. Halbuki, insanlar şeytanı özlərinə dost tutmaqla böyük əzabla nəticələnən yolu seçmiş olurlar. Quranda bu haqda belə buyurulur:
Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o! (Nisa surəsi, 38)
İnsan şeytanı dost etdiyi zaman onun tövsiyələri, ilhamı və əmrləri ilə hərəkət etməyə başlayır. Bir işə və ya söhbətə başlamazdan, yaxud da qərar verməzdən əvvəl bu saxta dostu ilə danışır. Hər işini şeytanla məsləhətləşir, şeytanla birlikdə planlaşdırır. Allah bir ayəsində belə bildirir:
İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda, Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu odun əzabına sürükləyər. (Həcc surəsi, 3-4)
Ayədə də bildirildiyi kimi, şeytanın dostları Allah`ın dininə qarşı döyüşənlər, mübahisə edənlər və doğru yoldan azanlardır. Bu insanlar şeytanın Allah`ın dininə qarşı apardığı mübarizədə onun yanında olur, onun ordusunun əsgərinə çevrilirlər. Belə insan haqqında Allah ayədə belə buyurur:
… Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir. (Furqan surəsi, 55)
Şeytan təbəələrinə birinci Allah`ın varlığını, hər yeri əhatə etdiyini və insanların yaradılış səbəbləri unutdurur. Allah, elçiləri və haqq kitabları vasitəsilə insanlara onları yoxdan yaratdığını, yaşatdığını və onlara ruzi verdiyini və gözəl əxlaq göstərdikləri zaman sonsuzadək gözəl həyat vəd etdiyini bildirir. Bu səbəbdən, insanlara Quranda bildirilən sərhədləri qorumaqla və Ona ibadət etməklə mükəlləf olduğunu xatırladır. Şeytan isə öz firqəsinə etdikləri işlərin, dedikləri sözlərin hesabını verməyəcəklərini, insanın yalnız özünə qarşı məsuliyyət daşıdığını, heç kimin qarşısında məsuliyyət daşımadığını, beləliklə də hər cür azğınlıq etməkdə sərbəst olduğunu təlqin edir. Məsələn, Allah Quranda beş dəfə namaz qılmağı əmr edir. Namaz İslamın əsaslarından biridir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə buyurur:
“İslam (dini) beş (əsas) üzərində qurulmuşdur: Allah`dan başqa heç bir ilah olmadığına, Muhəmmədin (s.ə.v) Allah`ın Rəsulu olduğuna şəhadət etmək, namazı doğru-düzgün qılmaq, zəkatı vermək, beyt (-i şərifi) ziyarət etmək və Ramazan orucunu tutmaqdır”. (Riyazüs-salihin, İmam Nəvəvi, Bədir yayınları, səh. 668)
Şeytan isə namazı çətin göstərərək bəhanələr uydurmağa başlayır. Bəzən işlə bağlı iclas, bəzən avtomobil tıxacı, səyahət, təyyarə və ya avtobusun saatı, bəzən vaxt darlığı kimi vəziyyətlər insanın qarşısına çıxa bilər. Ancaq iman gətirənlər bunları gözəl fürsət kimi dəyərləndirir və namazlarını nə olursa-olsun mütləq vaxtında qılmağa çalışırlar. İman gətirməyən, Quranı rəhbər etməyən insanlar isə şeytanın bu təlqinlərini rahat şəkildə qəbul edirlər. Allah Qurandan üz çevirənlərin vəziyyətini bir ayəsində belə təsvir edir:
Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. (Əraf surəsi, 175)
Bu təlqinlərə qapılanlar sanki ölməyəcəkmiş kimi məsuliyyətsiz şəkildə yaşayırlar. Din əxlaqını və Allah`ın qoyduğu qadağaları görməməzliyə vuraraq rahat yaşayacaqlarını ümid edirlər. Onları əhatə edən həqiqətləri görməmək, gördükləri şeyləri isə unutmaq, düşünməmək üçün səy göstərirlər. Bunun üçün də Qurandan uzaq həyat tərzi seçərək Quranda bildirilən həqiqətləri düşünməməyin, bunlardan qaçmağın və unutmağın, qısaca desək, Quranı dinləməməyin çıxış yolu olmasını istəyirlər. Ancaq heç də şeytanın onlara vəd etdiyi kimi olmaz. Əksinə, Quran ayələrindən qəflətdə keçirdikləri hər dəqiqə onlara sıxıntı və bəla gətirər. Çünki heç kimin qarşısında məsuliyyət daşımadığına və etdiklərindən hesaba çəkilməyəcəyinə inanan insan hər cür əxlaqsızlığı, vicdansızlığı edə bilər. Bu səbəbdən, inkarçılar çox vaxt inanmamaqla məhdudlaşmır, eyni zamanda, elçilərin söylədiklərinə və ya haqq kitabların oxunmasına belə dözməyərək Allah`ın elçilərinə və möminlərə qarşı düşmən mövqeyində olurlar. Tarixin bütün dövrlərində inkar edən insanların davranışları eyni olmuşdur. Çünki onları yönəldən şeytani gücdür. Bu vəziyyət Quranda belə xəbər verilir:
... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər... (Ənam surəsi, 121)
Quranın hər yerdə üstün gələcəyindən xəbərsiz olan, Allah`ın ayələrinə qarşı mübarizə aparanlar da şeytanın yolu ilə gedərək, onun verdiyi əmrləri düşünmədən və vicdanlarının səsini dinləmədən ona tabe olurlar. Ancaq şeytanın bu gizli çağırışları, əslində, onları cəhənnəm odunun əzabına doğru sürükləyir. Allah bu insanlarla bağlı Quranda belə xəbər verir:
... İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. Onlara: “Allah`ın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (cəhənnəm) odunun əzabına doğru sürükləyirsə, necə olsun? (Loğman surəsi, 20-21)

Şeytanın İnsanları Qurandan Uzaqlaşdırmaq Üçün Verdiyi Əmrlər

Şeytanın İnsanları
Qurandan Uzaqlaşdırmaq
Üçün Verdiyi Əmrlər

Kitabın əvvəlki hissələrində inkar edən insanların liderinin şeytan olduğundan bəhs etdik. Sonrakı hissələrdə də şeytanın inkarçı insanlara verdiyi əmrlərdən və bu əmrlərlə onları Qurandan necə uzaqlaşdırdığından bəhs edəcəyik. Ancaq əvvəl onu qeyd etmək lazımdır ki, şeytan yalnız öz firqəsinə təsir edə bilər.
Şeytanın səmimi qəlbdən Rəbbimizə yönələn, Onun əmr və tövsiyələrinə riayət edən, sadəcə Allah`ın rizasını qazanmaq üçün ixlasla yaxşılıq edən və hər etdiklərinin əvəzini axirətdə görəcəklərini bilən insanlar üzərində heç bir gücü yoxdur. Şeytan Allah`ın cəhənnəm üçün yaratdığı insanlar üzərində hakim olur. Məsələn, Allah bütün qadınlara təsəttür ibadətini fərz qılmışdır. Təsəttür qadını Allah qatında ucaltmağa, onu sıxıntıdan qurtarmağa səbəb olur. Təsəttürlə birlikdə əxlaq, davranış və hərəkətlər də Quran və sünnəyə uyğun olmalıdır. Şeytan bunu çətin göstərməyə çalışır. Ancaq mömin qadınlar təsəttürün fitrətlərinə uyğun olduğunu bilir və bu fərzi də lazımi qaydada tətbiq edirlər. Şeytanın doğru yoldan azdırmağa çalışdığı, qulağına fısıldadığı vəsvəsələr iman gətirənlərə təsir etməz. Allah bunu ayələrində belə bildirir:
Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allah`a şərik qoşanlar üzərindədir.(Nəhl surəsi, 99-100)
Bir başqa ayədə şeytanın bu vəziyyəti belə xəbər verilir:
Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”.  (İsra surəsi, 65)
Bu səbəbdən, Allah iman gətirənlərə Quranda "O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” (Ali-İmran surəsi, 175) şəklində buyurur. Şeytan müxtəlif yollarla insanın bir anlıq səhv etməsinə səbəb ola bilər, ancaq müsəlman səhv edəndə dərhal bunun fərqinə varar və tövbə edib Allah`a sığınar. “Əraf” surəsində iman gətirənlərə belə bildirilir:
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 200-201
Ancaq inkarçılar şeytanın sözünü dinləməklə, onu özlərinə dost etmişlər. Şeytan onları qorxu, təhdid, dünya həyatına dair müxtəlif aldanışlar, vəsvəsələr və vədlərlə təsiri altına almışdır. Artıq onlar şeytanın firqəsinə, üsyankar ordusuna mənsubdurlar. Şeytanın sözləri onlar üçün bir təlimat və əmrdir. Yalnız onun sözünə itaət edirlər.
Şeytanın insanlara verdiyi ilk əmr isə Allah`ın varlığını inkar etmələridir. Allah`ın "Şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir…” (Həşr surəsi, 16) şəklində bildirdiyi kimi o, insanlara Allah`ın varlığını inkar etmələrini söyləyir. Sonra əmrlər bir-birini təqib edir: Düşünmə! Dinləmə! Oxuma! Öyrənmə! Uzaqlaş! Yaxınlaşma və Qürurlan!…

Şeytanın əmri: düşünməyin!

Düşünmə qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan ancaq dərin düşünərək Allah`ın sonsuz gücünün, kainatdakı qüsursuz sənətinin fərqinə varır. Yalnız düşünən insan dünyada hər şeyin bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında müəyyən məsuliyyətlərinin olduğunu qavrayır. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allah`ın varlığının dəlillərini ancaq onların görə biləcəyi bildirilmişdir. Quranın nazil edilmə məqsədi “Sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar!” (Sad surəsi, 29) ayəsində xəbər verildiyi kimi, insanların düşünüb dərk etmələri və ondan ibrət almalarıdır. Lakin insanların əksəriyyəti düşünməyi çətin iş kimi görür. Hətta bu insanlar düşünməyin həyat və nizamlarına zərər verəcəyinə inanırlar. Onların anlayışına görə, ən böyük zərər insana dünya həyatındakı məsuliyyətlərini xatırlatmaq, onu qəflət halından çıxarmaqdır. Çünki düşünməmək insan zehnini boşaldır və onu demək olar ki, yuxuya verir.
Bu yuxu sanki bir sehr kimi insana bütün məsuliyyətlərini, nə üçün var olduğunu, həyatdakı məqsədini, bir gün öləcəyini unutdurur. Bu yuxunun başqa növü isə insanların özlərini dünya həyatının gündəlik və təkrarlanan işlərinə qapdırmalarıdır. Bəlkə bu insanlar gün ərzində çox şey düşünür, qərar verir, yaxud da problem həll edirmiş kimi görünürlər. Amma, əslində, düşündükləri şeylər gündəlik təfərrüatdan başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının gəlib-keçici olduğu və hər canlının bir gün torpaq olacağı ilə əlaqədar deyil. Əzbərlənmiş, öyrədilmiş, qəliblənmiş hərəkətlər, söhbət və davranışlar insanların bütün həyatını o qədər örtür ki, onlar həyati əhəmiyyətə malik olan həqiqətlər üzərində düşünməyi lazım bilmirlər.
Bu insanlar özləri düşünməkdən qaçdıqları kimi, başqalarının verdiyi nəsihətlərdən də qaçırlar. Allah`a iman gətirmələri, Onun rizası üçün yaşamaları və Quran ayələri üzərində düşünmələri barədə çağırışlardan üz çevirirlər.
Ancaq dünyada hər şey və hər varlıq bir məqsədlə yaradılmışdır. Allah kainatdakı hər şeyi insanın düşünməsi üçün yaratmışdır. Allah Quran ayələrində yeri, göyü və onların arasındakıları kimin daha gözəl davrandığını sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa həyatı boyu bütün etdikləri ilə sınanır. Onu yaradan və ölümündən sonra yenidən dirildib hesaba çəkən Allah`a qarşısında məsuliyyəti var. Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və tətbiq etmək hər insanın borcudur. Allah buna “Məgər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?” (Muminun surəsi, 68) ayəsi ilə diqqət çəkir.
Düşünən insan kainatdakı nizamın və qüsursuz dizayn nümunələrinin təsadüfən meydana gəlmədiyini, var olan hər şeyin bir yaradıcısının olduğunu anlayacaq. Ətrafındakı yaradılış möcüzələrini düşündükcə Allah`ın varlığının dəlillərini, Onun yaratdığı hikmətləri görərək Allah`a təslim olacaq və yalnız Onun rizasını qazanmaq üçün yaşayacaq. Bu həqiqətin fərqinə varan şeytan insanların qəflət içində yaşamalarını, Allah`ın ayələrindən uzaq durmalarını, bunun üçün də düşünməmələrini istəyir. Allah şeytanın hədəfini bu şəkildə bildirir:
(İblis) dedi: “…Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm…” (Əraf surəsi, 16-17)
Şeytan bu hədəfinə nail olmaq üçün insanları qəflətə salan xüsusi mühitlər hazırlayır. Belə ki, insanların zəif yönlərindən istifadə edib planlar qurur, ssenarilər hazırlayır və bunları insan nəfsinin zövq alacağı hala gətirir. Dindən uzaq insanlar da belə mühitlərdə iman gətirənlərin əksinə, Allah`ı unudub qəflətə düşürlər.
Məsələn, əyləncə yerləri şeytanın bu planını rahat şəkildə həyata keçirməyə imkan verir. Çünki din əxlaqını yaşamayan insanlar belə yerlərdə heç nə düşünmədən vaxt keçirirlər. Bu məkanlarda dəyər verilən şeylər geyim, bijüteriya, xərclənən pul və ətrafındakı insanlardır. Yüksək səsli musiqi, dumanlı hava, yüksək səsli söhbətlər və bağırtılar Allah qorxusu olmayan insanların diqqətini toplamayacağı və düşünməyəcəyi yerlər olur.
Əlbəttə, insanların əylənmələri, onlara maraqlı olan insanlarla söhbət etmələri gözəl nemətdir. Ancaq burada axirətin unudulduğu, Allah`ın adının anılmadığı məkanlardan söhbət gedir. Yaradılış məqsədini tamamilə unutmuş, Allah qorxusunu qəlbində hiss etməyən, əylənmək üçün deyil, buradakı qafil həyatı yaşamaq üçün vaxtını keçirən insanlar öyüd-nəsihət dinləməzlər. Bu yerlərdə vaxt keçirən insanların əsas məqsədi də budur: hər şeyi unutmaq və düşünməmək. Belə məkanlara “beynini boşaltmaq üçün” gələn insan 10 dəqiqə əvvəl ağlı başında olduğu halda, bir anda buradakı qarışıqlığı normal qəbul etməyə başlayır. Çılğın şəkildə əylənmək üçün hər cür əxlaqsızlığı normal qarşılayır. Halbuki, bu cür yerlərdə qab-qacaq qırmaq, stolu çevirmək, salfetləri atmaq, pencək yandırmaq, pis sözlərlə insanlara sataşmaq, təhdidlər, mübahisələr baş verir.
Bu cür yerlərdə Allah qorxusu olmayan insanların faydalı düşünməsi qeyri-mümkündür. Nəzarətdən çıxmış, şiddət və əxlaqsızlığın təşviq edildiyi məkan burada olan insanların tamamilə şeytanın təlqinlərinə tabe olmasına zəmin yaradır. Beləliklə, şeytan insanları “düşünməyin!” əmrinə itaət etdirir. Allah“Onlardan gücün çatdığı kimsələri səsinlə (günaha) təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver”... (İsra surəsi, 64) ayəsi ilə şeytanın bu üsuluna diqqət çəkmişdir.
İnsanların qəflət içində yaşadıqları bu həyat sadəcə əyləncə məkanları ilə məhdudlaşmır. Bağırtı, gurultu, insanların Allah`ın ayələrini düşünməkdən uzaqlaşdırıldıqları hər məkan şeytanın yuxarıda bəhs etdiyimiz planının bir hissəsidir. Futbol matçlarında tribunaları, konsertlərdə stadionları dolduran izdihamın meydana gətirdiyi mühitdə də şeytan eyni vasitələrlə insanları düşünməkdən uzaqlaşdırır. Bir çox insan belə yerlərdə əylənmək, maraqlı oyuna baxmaq və ya gözəl səs dinləmək üçün deyil, insanlara bağırmaq, mübahisə etmək, qısaca desək, hər cür çirkin davranışı göstərmək üçün gəlir. Üstəlik, belə yerlərdə bir-iki insan deyil, minlərlə, on minlərlə insandan ibarət izdiham bir-birinə təsir edir və kütləvi surətdə qəflətə düşürlər.
Belə məkanda bir çox insan Allah`ın onu hər yöndən əhatə etdiyini, hər an ölüm mələkləri ilə qarşılaşacağını ağlına belə gətirmir.
Qəflətə qapılıb həqiqətlərdən qaçan insan ölüm mələklərini gözləmədiyi anda qarşısında gördüyündə isə gec olacaq. Çünki o, həyatını boş əməllərlə, çirkin davranışlarla keçirmiş və Quran ayələrini düşünməkdən qaçmışdır. Düşünməmək üçün müxtəlif üsullara əl atmış, şeytanın oyunlarına aldanmışdır. Halbuki, ölümü, həyatın keçiciliyini, Allah qarşısında məsuliyyətlərini düşünən insanın belə qafil halı qəbul etməsi mümkün deyil. Allah`ın hər an canını alacağını bilən, ölümün nə qədər yaxın olduğunun fərqində olan, ağzından çıxan hər sözdən, ağlından keçən hər düşüncədən və etdiyi hər hərəkətdən hesaba çəkiləcəyinin şüurunda olan insan hansı mühitdə olursa-olsun bunu unutmaz, ağlından çıxarmaz və qəflətə qapılmaz.
Unutmaq olmaz ki, bir məkanda Quran əxlaqına uyğun şəkildə əylənməyin yerinə həddini aşan bir adama da, buna təşviq edənlərə də ölüm eyni yaxınlıqdadır. Bəlkə də həmin insan çölə çıxar-çıxmaz ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi bir anda Allah`ın hüzurunda hesaba çəkiləcəkdir.
Ölüm insana bu qədər yaxın olduğu halda, insanın qəflət içində yaşaması, əyləci sıradan çıxmış yük maşınının sürətlə üstünə gəldiyini görüb onu vuracağını bildiyi halda maşının qarşısından çəkilməyən insanın vəziyyətinə bənzəyir. İnsan ömrü boyu belə yaşasa da, ölüm mələkləri canını alarkən bütün yaşadıqlarını arxada qoyar. Əgər insan vaxtını Allah`ın varlığından qafil halda keçirmişsə, o gün cahiliyyə cəmiyyətlərində “həyatını doya-doya yaşamaq” şəklində ifadə edilən bu həyatın ona itkidən başqa bir şey vermədiyini dərk edər. Allah`ı və hesab gününü unutduğu üçün peşman olar. Allah Quranda inkarçıların qəflətdə ikən onlara verilən öyüd-nəsihətlərə olan reaksiyalarını belə bildirmişdir:
İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; qəlbləri qəflət içində olaraq...(Ənbiya surəsi, 1-3)
DƏRİN DÜŞÜNMƏYƏN İNSANLARIN YÜKSƏK İDEALLARI OLA BİLMƏZ
ADNAN OKTAR:Televole anlayışı dünya ilə yanaşı bizim Türkiyədə də var. ʺVur partlasın, çal oynasınʺ, əylənsinlər. Çimərliyin kənarında qaçsınlar, şirkət öz hesabına yemək paylasın onlar yesinlər, pulsuz otellərə getsinlər, orada yatıb-dursunlar. Sonra yenə öz hesablarına pulsuz təyyarə bileti olsun. Bir yerdən başqa yerə,ordan da bir başqa yerə getsinlər. Həyatları belə macəra içində keçsin. Lakin belə insanlarda nə Cənub-Şərqdəki PKK problemi, nə Afrikadakı insanların aclığı, nə İraqdakı zülm, nə Fələstindəki insanların çəkdiyi iztirablar, nə də dünyanın digər ölkələrində Müsəlmanların çəkdiyi iztirabların heç biri maraqlandırmır. Dillərinə belə gətirmək istəmirlər. Çünki belə mövzu olduğunda adamların əyləncəsi zay olur. Əyləncələrinə zidd olduğu üçün bu mövzulara girmək istəmirlər. Məsələn, televiziyalarda da belə televole proqramları olur. Hamı vur partlasın, çal oynasın, gülüşmələr, boş danışıqlar, boş zarafatlar… İpə-sapa sığmayan izahlarla insanların beyinlərini keyidən, şəxsiyyətini pozan, onların dərin düşünməsini əngəlləyən danışıqlarla ucuz, dəyərsiz ruhlu insanlar inkişaf etdirilir. Bunun nəticəsində də vətəninə, millətinə heç bir faydası olmayan və bunu da hədəfləməyən bir sıra insanların formalaşmasına vəsilə olurlar. Bu çox ciddi təhlükədir. Bir ara dövlətimizin mühüm orqanlarından biri bu mövzuda dövlətə hesabat da təqdim etmişdi.
Televole mədəniyyəti Türk mədəniyyətinin, Türk mənəvi dəyərlərini dağıdıcı mahiyyətdə və təhlükəli olduğunu, uzun müddət təxribat meydana gətirdiyini və ya gətirəcəyini göstərmişdir. Görünür ki, yenə eyni xətdə, eyni yolda davam edənlər var. Verilişin olmasına heç bir sözümüz yoxdur. Amma hər verilişın içərisində insanları dərin, faydalı düşüncələrə dəvət edən və gözəl əxlaqı, sevgini, sülhü, qardaşlığı müdafiə edən üslubların arada bir verilməsi doğru olardı. Yəni bunun heç kimə zərəri yoxdur, əksinə faydası olacaq. Bundan israrla qaçmalarının heç bir izahı, heç bir məntiqi yoxdur. Yəni cəmiyyətin psixologiyasını, mənəvi dəyərlərini sıradan çıxaran və hətta dağılmaya aparan zəmin hazırlaya bilirlər. Düşünürəm ki, belə şeylərdən əl çəkmək lazımdır... Geniş kütləyə təqdim olunan belə ucuzluq ruhları ürpərdir. Yəni o tip gəncin ruhunda sevgi, şəfqət, qoruma hissi inkişaf etmir. Eqoistlik və özünə qarşı sevgi inkişaf edir. Eqoist və özündən razı olan bir insan da sevilmir. Yəni insanlara qarşı göstərdikləri sevgi süni və saxta olur. Məsələn, çimərliyə gələrək bəzilərinə qarşı süni gülüşlərlə bir söz söyləyir, o da qarşılığında ona süni cavab verir amma aydındır ki, nə bir sevgi, nə bir səmimiyyət, nə də hörmət var. Mənfəət güddüklərinə görə bu münasibət kənardan cox süni görünür.
Halbuki dərin dostluqlar, səmimi sevgilər, dərin tutqu, ağıl dərinliyi, Allah ilə coşğulu əlaqə bütün insanları qoruyub, müdafiə etmə ruhu çox gözəldir. Axirət inancı olan insanda vətən, millət sevgisi olmalıdır. Yüksək idealları olması lazımdır. Bunlar olmadığında insanın ruh dünyası kasad, hətta bir mənada pozulmuş olur.
(Cənab Adnan Oktarın Adıyaman Asu TV-dəki verilişindən, 4 Yanvar 2010)

DÜŞÜNMƏYƏN İNSANLARIN QARŞILAŞACAĞI GERÇƏK
ADNAN OKTAR: Bəli. Cəhənnəm əhli Allah'a "... bizi (atəşin) içindən çıxar" - deyirlər. "...əgər yenə inkar etsək həqiqətən artıq zalım kəslər olarıq." "Bircə dəfə göndər" - deyirlər. Özlərini ağıllı zənn edirlər. Halbuki cəhənnəmdən dünyaya göndərilsə yaddaşları əllərindən alınaraq göndəriləcək. Onlar belə deyəcəklər: "... bir yuxu gördük cəhənnəmə getmişdik diyəsən..." Yenə alçaqlıq etməyə başlayacaqlar. Onlar zənn edirlər ki, hər kəs ordan olduğu kimi, yəni müsəlman kimi gələcək. Cəhənnəmin içinə girən adam onsuz da hər şeyi edir. Yaddaşız olaraq gəlir. Məsələn, hz. İsa da (ə.s) imtahanın gərəyi olaraq yaddaşı alınmış olaraq gələcək. Keçmişini xatırlamayacaq. Keçmişini xatırlasa ağlı qalxar. "Bu gün Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!" (Muminun surəsi, 111) şəklində buyurulub. Səbr... Məsələn, biz bura gəlirik. Yola çıxmış oluruq, deyilmi? Məsələn, bu səbrdir. Məsələn, danışırıq. Bu da səbrdir. Allah rizası üçün danışırıq. Çətin şərtlərlə qarşılaşırıq. Buna qarşı tədbir alırıq. Bu da səbrdir. Allah'ın ən bəyəndiyi şeylərdən biri də səbrdir. Cənnət xalqının xüsusiyyətidir. Səbr edənlər ona qovuşurlar inşaAllah. Baxın Allah deyir: "... sizi boş bir məqsəd uğruna yaratdığımızı və həqiqətən Bizə çevirilib gətirilməyəcəyinizimi sanmışdınız?" Yəni insanlar burada stolüstü tennis oynayır, televole mədəniyyətiylə hoppanıb - düşür. "Qardaşım nə edirsən ?" dedikdə isə "Buterbrod yedim" , indi də "Kinoya gedəcəyəm" - deyir,"Kinodan çıxandan sonra nə edəcəksən?", o da cavabında " Bodruma gedib-gələcəyim". -deyir. Tək kəlimə olsun Allah'dan, dindən bəhs etmir. Sanki bura əyləncə yeridir. Qardaşım səmanın,yer üzünün, Dünyanın var olması ilə necə maraqlanmazsan? Sən dünyaya yoxdan yaradılıb gətirilmisən, elə deyil? Bir işıq, bir varlıq, bir şey görürsən. Heç maraqlanmırsanmı bu meyvələr, tərəvəzlər necə yaranır? Heyvanlar necə yaranır? "Məni maraqlandırmır". deyir. Allah da deyir ki, bax: "... sizi boş bir məqsəd uğruna yarattığmızı və həqiqətən Bizə çevirilib gətirilməyəcəyinizimi sanmışdınız?". Allah “Yer üzündə neçə il qaldınız?” - deyə insanlardan soruşur... Onlar: "Bir gün yaxud bir gündən də az qaldıq. Sən sayanlardan soruş"– deyəcəklər...."(Muminun surəsi, 113) - deyə cavab verirlər. "Hər halda günortandan axşama qədər", "Az bir vaxt qaldıq" və yaxud "bir gün qaldıq" deyirlər. Yatdığını zənn edirlər. "(Allah) deyəcək: "Siz çox az qaldınız. Kaş biləydiniz!" (Muminun surəsi, 114).
(Cənab Adnan Oktarın Samsun AKS TV-dəki verilişindən, 6 Yanvar 2010)

Düşünmək insana “zərər verir”

Cahiliyyə cəmiyyətində "düşünmək insana zərər verir" kimi batil düşüncə tərzi mövcuddur. Bu, böyük səhvdir. Əslində, bu, insanların Allah`ın ayələri üzərində düşünmələrinin qarşısını almaq üçün şeytanın taktikalarından biridir. Şeytan insanlara düşünərkən çətinlik çəkəcəklərini, yorulacaqlarını təlqin edərək onları Qurandan uzaqlaşdırır. Hətta cahiliyyə cəmiyyətində çox düşünməyin insanı dəli edəcəyinə inanırlar. Bu inanc şeytanın digər oyunları kimi aldadıcıdır. Əksinə, insan düşünmədiyi zaman ağılsızlığından əziyyət çəkir.
Eyni zamanda, insanların bir çoxu ölüm, axirət kimi mövzular barəsində düşünməyin də məsuliyyətlərini xatırladacağını bildiklərinə görə bu mövzuları da düşünmürlər. Bu baxımdan düşünməmək insanların özlərini aldatmaq və həqiqətləri görməməzliyə vurmaq üçün istifadə etdikləri vasitələrdən biridir. Ancaq düşünmədiklərində məsuliyyətlərinin aradan qalxacağı fikri yanlışdır. İnsan istəyib-istəməsə də, düşünüb-düşünməsə də, məsuliyyətləri azalmaz. Çünki Allah hər kəsi iman gətirməklə və Quran əxlaqını yaşamaqla məsul tutmuşdur. Hər insan dünya həyatında sınanır və əvvəl-axır görməməzliyə vurduğu həqiqətlə üz-üzə gələcək.
Düşünməməyin nəticələrindən biri də bu insanların ətraflarında baş verən hadisələrdən və ya öz başlarına gələn hadisələrdən ibrət almamaqlarıdır. Allah`ın insanların düşünüb davranışlarını düzəltmələri üçün yaratdığı hadisələr bu insanların dəyişməsinə səbəb olmaz. Dünyada hər an meydana gələn hadisələrin təsadüf olduğuna özlərini inandıraraq yaşadıqları ibrətverici hadisələrin hikmətlərini təqdir etməzlər. Allah inkarçıların bu xüsusiyyətindən belə bəhs edir:
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)
Halbuki, böyük fəlakətlər, dünya həyatındakı bəlalar və sıxıntılar insanları düşünməyə sövq edən hadisələrdir. Lakin inkarçılar bu hadisələri mübahisə mövzusu edir, hadisələrin təsadüfən olduğunu dilə gətirir və bu minvalla düşünməkdən qaçırlar. Allah`ın Quranda bildirdiyi kimi: "...Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi...” (Əraf surəsi, 95), - deyər və qəflətdə yaşamağa davam edirlər. Hər bəlanı və fəlakəti təsadüflərlə, təbii səbəblərlə izah etməyə çalışır, bunun bir xatırlatma olduğunu unutmağa, düşünməməyə çalışırlar. Başlarına gələn fəlakətləri anlamazlıqdan gəlir: "Təsadüflərin yanlışlığı, böyük bir təbii fəlakət, belə olması gözlənilirdi, hər yerdə belə hadisələr olur, bəxtim gətirmədi", - deyərək izah etməyə çalışırlar. "Bu, Allah`ın bizə xəbərdarlığıdır", - deməz, bunu ehtimal belə etməzlər. Bu da şeytanın bir taktikasıdır.
Dünyada insanın başına gələn hər fəlakət, bəla, sıxıntı, yaxud axirətdəki əzabı xatırladan hər hansı bir hadisə Allah`ın insanlara lütf olaraq verdiyi fürsətlərdir. Allah dünya həyatındakı bu sıxıntıların şiddətini müəyyən dərəcədə saxlayaraq, insanların Ondan qorxmaları və bu hadisələrdən ibrət alaraq davranışlarını düzəltmələrini istəyir. Bir ayədə Allah dünyəvi əzabların hikmətini belə bildirir:
Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?... (Səcdə surəsi, 21-22)
Allah bu yolla insanlara ölümün yaxın olduğunu, insanın hər hərəkətindən məsuliyyət daşıdığını, dolayısilə, əmr və qadağalarına riayət etməyə borclu olduğunu xatırladır. Ancaq inkarçılar qürurları ucbatından bütün xatırlatmalara əyləncə kimi baxır və inkarlarını daha da artırırlar. Onlara Allah`ın əzabından qorxmalarını, Allah`ın ayələrinə tabe olmağı xatırladan elçilərə "Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” (Mülk surəsi, 25)şəklində meydan oxuyan cavablar verirlər. Ya da "Bu həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil.” (Muminun surəsi, 83) kimi ifadələr işlədərək çirkin cəsarət göstərirlər. Allah “Əraf” surəsinin 95-ci ayəsində çirkin davranışlarının əvəzində bu insanların özlərinin də hiss etmədən qəflətən yaxalandıqlarını və böyük əzaba layiq olduqlarını xəbər verir. “Ali-İmran” surəsi insanları o çətin gün barəsində düşünməyə sövq edir:
O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına şəfqətlidir. (Ali-İmran surəsi, 30)

Şeytanın əmri: yaradılış dəlillərini görməməzliyə vurun!

Kainatdakı hər incəlik, təbiətdəki və canlılardakı qüsursuz sistemlər çox mükəmməl quruluşa malikdir. Kainatın böyüyündən kiçiyinə qədər hansı bir hissəsini araşdırsaq, hər birinin şüurlu yaradılış dəlillərini ortaya qoyduğunu görərik. Əsla səhv etməyən bir quruluşa malik olan və orbitlərində dövr edən göy cisimlərindən atmosferdəki qazların nisbətinə, insanın yaşaması üçün xüsusi şəkildə yaradılmış bədəndən hüceyrə, zülal, DNT, atom kimi ən kiçik hissələrə qədər saymaqla bitməyən incəlik var. Bütün bunlar mükəmməl şəkildə var edilmişdir və qüsursuz şəkildə varlığını davam etdirir.
Ancaq inkarçılar Allah`ın varlığına və tək olduğuna dair saysız dəlili görməməzliyə vurur, canlıların varlığını təsadüflərlə izah etməyə çalışırlar. İnsanın bədənindəki qüsursuz sistemi, təbiətdəki canlıların yaradılış möcüzələrini, gilasın, çiyələyin, portağalın dadını, qızılgülün qoxusunu, qüsursuz görünüşünü, ulduzların, ayın, günəşin bənzərsiz xüsusiyyətlərini təsadüflərə bağlayır, yaradılış həqiqətini inkar etmək üçün hər vasitəyə əl atırlar. Bu insanlar kainatdakı hər xüsusiyyətin milyonlarla il baş verən təsadüf nəticəsində şüursuz atomların bir yerə yığılması ilə meydana gəldiyini iddia edirlər. Bu mövzuda qarşımızdakı nümunələr təkamül nəzəriyyəsini kor-koranə müdafiə edib bizi əhatə edən milyonlarla yaradılış dəlilini görməməzliyə vuran təkamülçü elm adamlarına məxsusdur.
Hüceyrənin varlığından belə xəbəri olmayan XIX əsrdə yaşamış Çarlz Darvin adlı həvəskar bioloq tərəfindən ortaya atılan bu nəzəriyyə dövrümüzün elmi inkişafı qarşısında böyük məğlubiyyətə uğramışdır. Ancaq bu nəzəriyyənin vacib xüsusiyyəti dini inkar edən materialist ideologiyaya elmi don geydirmək olmuşdur. Bu səbəbdən də təkamül nəzəriyyəsi (elmi cəhətdən məğlubiyyətə uğramasına baxmayaraq) materialist elm adamları tərəfindən hələ də yaşadılmağa çalışılır. Bu elm adamları yaradılış həqiqətini inkar etmək üçün elmi həqiqətlərdən qaçır, dəlillərə etibar etmirlər. Onları ən çox narahat edən şey isə yaradılış həqiqətinin dəlillərlə ortaya qoyulması və təkamül nəzəriyyəsinin qüsur və xətalarının elmi qaynaqlarla sübut edilməsidir. Təkamülçü elm adamlarının təkamül nəzəriyyəsinə bağlılıqları artıq elmi yanaşmadan uzaqlaşmış, kor-koranə bağlılıq halına gəlmişdir.
Quranda Allah`ın varlığının dəlilləri gətirildiyi halda, atalarının dininə olan bağlılıqları ucbatından inkarda israr edən qövmlər nümunə verilmişdir. Bütün dəlillərə baxmayaraq, inanmamaqda israr etmək inkarçıların ortaq xüsusiyyətidir. Allah Quranda inkarçıların bu yönlərini bir çox ayə ilə xəbər verir:
Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda, (onlara) inanmadıqlarına görə məhv etdik... (Yunis surəsi, 13)
Hal-hazırda yaradılışı inkar edənlərlər də yuxarıdakı ayədə xəbər verilən nəsillər kimi iman etməməkdə israr edirlər. Bu insanlar açıq-aşkar dəlillərə baxmayaraq, kainatın və bütün canlıların təsadüfən yarandığını, bu dünyada heç kimin qarşısında məsuliyyət daşımadıqlarını iddia edir və Qurandan üz çevirirlər. İmanlı insanlar ətrafdakı hər yaradılış dəlilini heyranlıqla və diqqətlə izləyərkən, Allah`ın yaradılışındakı ehtişam qarşısında hər gün heyranlıqlarını qat-qat artırarkən, digərləri bu dəlilləri görməyəcək qədər korlaşmışlar. Bu, insanların vicdanlarının korlaşmasının və Allah`ın haqq kitabından uzaqlaşmalarının nəticəsidir.
İnsanların həqiqətləri görməzlikdən gəlməsinin səbəbi isə onların inkar etmələri üçün ciddi səy göstərən şeytandır.
Quranda "Kim mərhəmətli (Allah`ın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.” (Zuxruf surəsi, 36-37) ayələrində bildirildiyi kimi, şeytan bu insanları doğru yoldan azdırır. Allah`ın qüsursuz plan və dizaynı hər yeri əhatə etmişkən, şeytan inkar edənləri həqiqətlərdən uzaqlaşdırır, dünyəvi işlərlə məşğul edir və onların bu dəlilləri görməzlikdən gəlmələrinə səbəb olur.
Şeytanın tələsinə düşən insanlar onlara haqqı söyləyən insanlara şiddətlə etiraz edirlər. Bu vəziyyət onların iman gətirənlərə qəzəblənmələrinə, kin və nifrət bəsləmələrinə gətirib çıxarır. İnkarçıların Allah`ın varlığına dair dəlillərin göstərilməsindən və izah edilməsindən keçirdikləri narahatlıq hissini Allah bir ayədə belə bildirir:
...Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq..." (İbrahim surəsi, 9)
Qeyd etmək lazımdır ki, inkar edənlər həqiqətləri, yəni Allah`ın varlığına dair dəlilləri və Quranın haqq kitab olduğunu qəsdən görməzlikdən gəlirlər. Bu insanlar həqiqəti bilə-bilə inkar edir, düşünmək istəmirlər. Allah`ın "…Halbuki, onlardan bir zümrə var idi ki, Allah`ın sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.” (Bəqərə surəsi, 75) ayəsində bildirdiyi kimi, bilirlər, amma inkar edirlər. Çünki yaradılış həqiqətini dərk etmək, Allah`ın bənzərsiz sənətini təqdir etmək üçün çox düşünməyə, saatlarla araşdırmağa, oxumağa gərək yoxdur. İnsan vicdanının səsini dinləyib, səmimi qəlblə bir az diqqət etsə, bir neçə saniyə düşündüyü zaman yaradılış həqiqətini inkar edə bilməyəcək. İnsan vicdanının səsini dinləməli və şeytanın vəsvəsələrinə qarşı diqqətli olmalıdır.

Şeytanın əmri: lovğalanın

Allah`ın ayələrinə iman gətirməyənlərin, Onun əmr və qadağalarına itaət etməyənlərin ortaq xüsusiyyətlərindən biri də təkəbbürdür. Şeytan insanlara lovğalanma hissi verərək insanları Allah`a təslim olmağa, Quran ayələrini dinləməyə qoymur.
Allah`ın "Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ.” (Loğman surəsi, 7) ayəsində bildirdiyi kimi, insanlar qürurları səbəbindən ayələrdən üz çevirirlər.
Şeytan insanlara lovğalanma hissini verərək hər şeyi yalnız özünün doğru şəkildə bildiyinə inandırır. Bu səbəbdən, insan ətrafındakıların xatırlatmalarına, tövsiyə və tənqidlərinə qürur və istehza ilə cavab verir. Heç kimi və heç nəyi yol göstərici qəbul etmədiyi kimi, sadəcə öz imanından vaz keçməmək üçün yanlış olduğunu gördüyü şeylərdən belə vaz keçmir. Öz fikrinin yanlış olduğundan, xətalı yönlərinin olduğundan bir az şübhələndikdə doğrunu görə bilər. Lakin inadkar, sabit fikirli xarakter göstərir. Bu səbəbdən, dəvəti səmimiyyətlə dəyərləndirmir, səhv anlayır, iman gətirənlərin bu dəvətlə onlardan üstün olmaq istədiyini düşünərək özlərini aldadırlar. İman gətirənlərin heç bir qarşılıq gözləmədən, sadəcə Allah`ın rizası üçün insanlara Quran əxlaqını izah etdiklərinə inanmaq istəmirlər. İnkarçıların bu qənaətinə keçmiş qövmlərin zadəganları ilə əlaqəli bir ayədə belə diqqət çəkilir:
Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik”. (Muminun surəsi, 24)
Ancaq unutmaq olmaz ki, qürur və təkəbbürün insana qazandırdığı zərər çox böyükdür. Boş qürur savaşı aparan inkarçılar doğrunu yanlışdan ayırmaq və etdikləri səhv hərəkətlərdən dönmək, özlərini islah etmək kimi fürsəti itirirlər. Səhv etdiklərini əsla qəbul etmədikləri üçün özlərini inkişaf etdirə bilmirlər. Çünki bütün yolları əvvəlcədən bağlamışlar. Xəbərdarlıqların öz lehlərinə olduğunu belə düşünməzlər. Öz fikirlərinin, düşüncə və inanclarının doğru olduğuna o qədər əmin olurlar ki, kiminsə onlardan ağıllı olduğunu ehtimal belə etmirlər. Allah qürurun insanı üsyana necə sürüklədiyini bir ayəsində belə xəbər verir:
Ona: “Allah`dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər… (Bəqərə surəsi, 206)
Keçmişdə firon da hz. Musanın peyğəmbərlik məqamını və onun Allah`a boyun əymək təklifini qüruruna sığışdırmamış və özünün güc və maddi imkan baxımından daha üstün olduğunu düşünmüşdür. Qürurlanaraq Allah`a üsyan etmiş, ona izah edilənləri dinləməmiş, lovğalandığından Allah`ın ayələrindən üz çevirmişdir. Eynilə, qövmünə də Allah`ın ayələrindən üz çevirmək üçün təzyiq göstərmişdir. “Taha” surəsində fironun qövmünə bu cür səsləndiyi bildirilir:
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”(Taha surəsi, 71)
Təkəbbüründən qaynaqlanan zorakılığı və zülmü ilə tanınan firon da bu baxımdan tamamilə şeytanın təsiri altına düşən, onun əmrlərinə tabe olan şəxs idi. Onun bu azğın xarakterini Allah "Özünü yüksək tutan və həddi aşanlardan idi.” (Duxan surəsi, 31) ayəsi ilə xəbər vermişdir.
İnsana bu əxlaqı əmr edən şeytandır. Ancaq şeytan insanların "lovğalanın!" şəklindəki əmrinə itaət etmələrini kafi görməz. Onun istəyi insanları da özü ilə birlikdə Allah`a qarşı üsyan etdirməkdir. Bir ayədə Allah şeytanın əsl hədəfini belə xəbər verir:
(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. (Hicr surəsi, 39)
Şeytan bu istəyinə nail olmaq üçün üsyan etməyi iman etməyənlərin gözündə gözəl göstərməyə çalışır. Bu səbəbdən, inkarçılar özlərini Allah`ın əmr və qadağalarına tabe olmağa çağıran möminlərə qarşı da çox üsyankar davranır və məlumatlarının az ola bildiyini ehtimal belə etmirlər. Onlar Quran ayələrini dinləməz, lovğalanaraq üz çevirərlər. Quranda Allah hz. Musanın təbliğinə fironun əzəmətlə cavab verməsindən belə bəhs edir:
(Musa) ən böyük möcüzəni (firona) göstərdi. O isə yalan sayıb üsyankar olduğunu göstərdi. Sonra da üz döndərib (fəsad törətməyə) girişdi. O, (camaatını) toplayıb dedi: “Sizin ən uca rəbbiniz mənəm!” (Naziat surəsi, 20-24)
Qısaca desək, inkarçılar özlərinin hərtərəfli üstün olduqlarına inanmaq istəyirlər. Fironun misalından da göründüyü kimi, özlərinin aciz qul olduğunu qəbul etməyi qürurlarına sığışdırmazlar. Tərk edə bilmədikləri qürur onları üsyana sürükləyər. Hətta "Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə... Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər...” (Nəml surəsi, 13-14) ayələrində olduğu kimi, Allah`ın varlığını dəlilləri ilə görsələr belə, şeytanın təsiri ilə inkarlarında israr edərlər. Şübhəsiz, dünyada Allah`a qarşı baş qaldıraraq şeytanın əmrlərinə uyanlar bunun əvəzini axirətdə ödəyəcəklər:
Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allah`a qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər... (Əraf surəsi, 36-37)

Şeytanın əmri: dinləməyin

Şeytan doğrunun və yaxşının hiss edilməsinin tərəfdarı deyil. Çünki Quranı eşidən və dinləyən insan vicdanının səsinə tabe olaraq yaxşıların yanına keçə bilər, haqqı tətbiq etməyə, yaşamağa və yaşatmağa başlaya bilər. Məhz bu səbəbdən, şeytan tərəfdarlarını ilk növbədə Qurandan, dolayısilə də Quranı təbliğ edən müsəlmanlardan uzaqlaşdırmağa çalışır. Allah insanları gözəl və doğru olanı etməyə, Allah`ın razılığını qazanaraq nemət içində yaşamağa dəvət edərkən insanların çoxu şeytanın əmrlərinə tabe olaraq izah edilənləri eşitməmək üçün əllərindən gələni edirlər. Allah "Kafirlər: “Bu Qurana qulaq asmayın, (oxunarkən) hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər.” (Fussilət surəsi, 26) ayəsi ilə bu insanların necə münasibət göstərdiklərini bildirilmişdir.
İnkarçılar Quranı dinləməmək üçün müxtəlif vasitələrə əl atır, yüksək səslə danışaraq üstün gəlməyə çalışır, təcavüzkar üslubla ayələrin oxunmasının qarşısını almağa çalışırlar. Bu vasitələr işə yaramadığında iman gətirənləri susdurmaq üçün şiddətə, təhdidə və başqa təzyiq üsullarına baş vururlar. Bu hərəkətlərinin səbəbi isə eşitdikləri həqiqətlərdən təsirlənəcəklərindən, vicdanlarının oyanacağından və bəzi düşüncələrinin nə qədər səhv olduğunu dərk edəcəklərindən qorxmalarıdır. Bu qorxularını onların üz ifadələrindən, davranışlarından, Quran ayələri oxunarkən və yaradılış həqiqəti izah edilərkən panikaya düşmələrindən anlamaq mümkündür.
Quranda insanlara rəhmət və müjdə olan, onların dünya və axirət həyatlarını xilas edə bilən məlumatların olmasına baxmayaraq, inkarçıların haqqı dinləməkdən qaçacaqlarını bildirən ayələrdən bir neçəsi belədir:
Ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, (anlaya) bilən camaat üçün bir Kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər. (Fussilət surəsi, 3-4)
Onlara: “Önünüzlə olan və arxanızca gələndən qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər). Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər. (Yasin surəsi, 45-46)
Quranda bu mövzuda hz. Nuhun qövmü nümunə verilmişdir. Qövmlərinə Allah`ı tək İlah etmələrini, gözəl əxlaqı yaşamalarını nəsihət edən bütün peyğəmbərlər kimi, hz. Nuh da qövmünün inkarı ilə qarşılaşmışdır:
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə, mən hər dəfə onları dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər”.(Nuh surəsi, 5-7)
Ayədə də bildirildiyi kimi, hz. Nuh qövmünü müxtəlif yollarla Allah`a iman gətirməyə dəvət etmiş, ancaq qövmü onu dinləməmişdir. Burada vacib məqamı vurğulamaq lazımdır. Elçilərin bu dəvətlərindən üz çevirənlər və Allah`ın vəhyini dinləməmək üçün qulaqlarını tıxayanlar bunu şeytanın güclü təlqini ilə edirlər. Çünki inkarçılar bir kəlmə belə dinləmədən, elçilərə endirilən müqəddəs kitabları oxumadan izah edilənlərə qarşı çıxırlar. Allah “Kəhf” surəsinin 101-ci ayəsində inkarçıların Quranı dinləməyə dözmədiklərini bildirir. Bu insanlar: "Dinləsəm də, vaz keçməyəcəm", -deyərək əvvəldən üz çevirirlər.
Halbuki, belə vəziyyətdə məntiqli davranmaq, yəni dəvəti dinləmək, izah edilənlər barədə ətraflı məlumat toplamaq, Allah`ın haqq kitabını diqqətli şəkildə oxumaq lazımdır. Ancaq inkar edənlər şeytanın "dinləməyin!" əmrinə tabe olur və əvvəldən üz çevirirlər. Çünki şeytan çox yaxşı bilir ki, əgər insanlar Quranı səmimi şəkildə dinləsələr, qəflətdən xilas olar və açıq şüurla Quranda bildirilən həqiqətlərin fərqinə vararlar. Məhz bu səbəbdən, şeytan insanların Quranı dinləmələrinin qarşısını almağa çalışır.
Onun bu tələsinə düşüb Quranı dinləməmək üçün qulaqlarını tıxayanlar bilməlidirlər ki, hesab günü kitabları sol əllərinə verildiyində böyük peşmanlıq hissi keçirəcəklər. O gün şeytanın firqəsinin istədiyi yeganə şey ölüm olacaqdır:
Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin! Sonra da cəhənnəmə atın! Çünki o, böyük Allah`a iman gətirmirdi və kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bu gün burada onun üçün bir dost tapılmaz. Qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər”. (Haqqə surəsi, 25-37)

Şeytanın əmri: iman gətirənlərə yaxınlaşmayın, uzaqlaşın

Şeytanın insanların Quranda izah edilənləri dinləmələrinə, oxuyub öyrənmələrinə mane olmaq üçün verdiyi başqa bir əmr ''yaxınlaşmayın, uzaqlaşın'' şəklindədir. Bunun üçün özünə tabe olanları Quranı oxuyan, tətbiq edən və Qurana dəvət edən insanlardan uzaqlaşdırmağa çalışır. Çünki iman gətirənlər Allah`a olan güclü təslimiyyətləri sayəsində hər hərəkət, davranış və söhbətlərində insanlara Allah`ı xatırladır, gözəl əxlaqları ilə ətraflarında müsbət aura yaradırlar. Möminlərlə birlikdə olan insanlar istəsələr də, istəməsələr də onlardan təsirlənir və qəlbləri İslama isinir. Bu isə şeytanın istəmədiyi bir şeydir. Bu səbəbdən də inkar edənlərə iman gətirənlərdən uzaqlaşmalarını, onlarla münasibət qurmamaqlarını əmr edər. Hətta iman gətirənlərə qarşı istehzalı münasibət göstərmələrini istəyər, çünki bununla aralarında isti münasibətin yaranmasının qarşısını ala bilər.
Şeytanın güclü təlqini sayəsində inkar edənlər Allah`a iman gətirənlərdən uzaqlaşmağa səy göstərirlər. Bir insanın iman gətirdiyini, Allah üçün yaşadığını bilmələri inkarçıların bu insandan uzaqlaşmaları, ya da ona qarşı kin bəsləmələri üçün yetərli olur. Çünki möminlər xatırlatdıqları həqiqətlər sayəsində inkarçıların din əxlaqından uzaq yaşadıqları həyat üçün mənəvi cəhətdən təhlükəlidirlər. Quranda inkarçıların Allah`ın ayələrini zikr edən və ya xatırladan möminlərə qarşı münasibətləri bu şəkildə izah edilir:
Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyərlər. Onlar: “O divanədir!” – deyirlər. Halbuki, bu aləmlərə ancaq bir öyüd-nəsihətdir! (Qələm surəsi, 51-52)
Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar… (Həcc surəsi, 72)
Ayələrdə inkar edənlərin iman gətirənlərə olan kinləri, düşmənçiliyi izah edilir və bunun yeganə səbəbi də Allah`ın ayələrinin oxunması olduğu bildirilir.
İnkarçıların məqsədlərindən biri də özləri kimi digər insanları da din əxlaqından uzaqlaşdırmaq, doğru yoldan sapdırmaqdır. Bu səbəbdən, iman gətirənlərə qarşı simpatiya bəsləyən, onlarla görüşmək və fikirlərini dinləmək istəyən insanların qarşısını almaq üçün əllərindən gələni edir, uzaqlaşdırmaq üçün səy göstərirlər. Beləliklə, Allah`ı və Onun ayələrini xatırladan, ölümün yaxın olduğunu düşünmələrini söyləyən, hesab günü ilə xəbərdar edən və vicdanlarını oyadan insanların ətrafında olmasının qarşısını alırlar. Hər kəsin özləri kimi Quran ayələrindən qaçaraq yaradılış məqsədini düşünmədən yaşamaları isə daha asan olacaq.
İnkarçıların hədəfləri iftira və təzyiqlə iman gətirənləri cəmiyyətdən uzaqlaşdırmaq, bütün əlaqələrini kəsməkdir. Çünki bu, onların insanları haqqa dəvət etmələrinin qarşısını alan ən təsirli vasitədir. Bu barədə Quranda verilən nümunələrdən biri Kəhf əhlidir.
İman gətirən bir qrup gənc inkarçı qövmlərin təzyiqi nəticəsində bir mağaraya sığınmaq məcburiyyətində qalmışdılar. “Kəhf” surəsində bu insanlarla əlaqədar belə bildirilir:
Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda, olduqca böyük bir (küfr) danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. (Cavanlardan biri o birilərinə dedi:) “Bizim bu xalqımız Allah`dan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid bir dəlil gətirmədilər? Allah`a qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Madam ki, siz onları və Allah`dan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.(Kəhf surəsi, 14-16)
İnkarçılar tarixən peyğəmbərlərin də cəmiyyət tərəfindən dəstəklənməməkləri üçün müxtəlif iftira və təzyiqlərə əl atmışlar. Bu iftiraların səbəbi insanların onlardan qaçmalarını, uzaqlaşmalarını təmin etməkdir. Ancaq inkarçılar (hz. Nuhun qövmündə olduğu kimi) etdiklərindən yalnız özləri ziyan çəkəcəklər:
Onlar həm haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.(Ənam surəsi, 26)

Şeytanın əmri: Quran əxlaqından bəhs edən kitabları oxumayın, oxutmayın

Tarix boyu inkarçılar insanların iman gətirmələrinə mane olmaq, iman gətirənləri isə bu yoldan döndərmək üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Bu vasitələrdən biri və ən başlıcası insanları din əxlaqı mövzusunda məlumatlandıran, gözəl əxlaqı öyrədən kitablardan uzaqlaşdırmaq olmuşdur. Bu məqsədlə saysız-hesabsız kitab yandırmış, çap edilməsinin və yayılmasının qarşısı alınmışdır. Xüsusilə, dövrümüzdəki kommunist və materialist sistem insanlara Allah`ın varlığının dəlillərini göstərməyi hədəfləyən və Quran əxlaqından bəhs edən kitabların oxunmasına, oxudulmasına təzyiqlərlə, sui-qəsdlərlə, iftiralarla mane olmağa çalışmışdır.
Yaradılış həqiqətini və Quran həqiqətlərini izah edən kitabların qəsdən zərərli və elmdən uzaq olduğunu qələmə verərək, insanları Allah`a iman gətirməyə dəvət edən insanların cəmiyyətdəki nüfuzunu zədələməyə çalışmışlar.
Əslində, bütün bunlar şeytanın insanların Allah`ı inkar etmələri üçün uyğun zəmin hazırlamaq məqsədilə apardığı siyasətdir. Bir qisim din əxlaqından uzaq insanlar şeytanın insanların oxuyub-öyrənmələrinə, mühakimə edib həqiqətləri bilmələrinə mane olma yönündəki hədəfinə vasitəçi olurlar. Bu siyasət Rusiya, Çin kimi kommunist ölkələrdə açıq şəkildə tətbiq edilərkən, materialist həyat anlayışına sahib idarəçilər də buna təşviq edilmişdir. Kommunist Rusiyanın müsəlman-türk dövlətlərində əlifbanı dəyişdirməsi, sonra bütün kitab nəşrlərini nəzarət altına almasının səbəblərindən biri də insanların dinlərini öyrənmələrinə mane olmaq, dolayısilə, mənliklərini itirmələrini təşkil etməkdir. Eynilə Çin dövləti də Şərqi-Türküstan xalqının müsəlman mənliyini itirməsi üçün Quran və Qurandan bəhs edən kitablar oxunmasına qadağa qoyması buna misal ola bilər.
Nəticədə, inkarçılar yaradılışa dair kitabları başqalarına oxutmadıqları kimi, özləri də oxumazlar. Çünki Allah`ı və din əxlaqını izah edən əsərləri oxuduqları zaman öz fəlsəfələrindən şübhəyə düşməkdən, müdafiə etdikləri fikirlərə olan inanclarını itirməkdən qorxurlar. Bu səbəbdən, kommunistlərin lideri Leninin illər əvvəl "insan özünü dinə həsr etməmək üçün dindən uzaq durmalıdır" yönündə verdiyi nəsihətləri ondan sonra gələn inkarçılar da bir-birlərinə vəsiyyət edərək tətbiq etmişlər.
Həyatlarını dinsiz fəlsəfə üzərində quran bu insanlar üçün Allah`ın varlığını və hər şeyi Onun yaratdığını qəbul etmək kabusa çevrilmişdir. Bu səbəbdən, əvvəlki qövmlər kimi Allah`a təslim olmaqdan qaçır, Allah`ın lütf olaraq onlara göndərdiyi haqq kitabdan faydalanmırlar. Ancaq bu qaçış onlara zərərdən başqa heç nə verməyəcək.

Şeytanın əmri: lağ edin

İnkarçıların Quranı dinləməmək üçün ən çox istifadə etdikləri vasitələrdən biri Allah`ın ayələrinə və möminlərə istehza etmələridir. Allah inkarçıların bir-birlərinə vəsiyyət etdikləri bu əxlaqi pozuntunu bir ayəsində belə bildirir:
Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər. Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. (Ənam surəsi, 4-5)
Bir başqa ayədə isə bu şəkildə bildirilir:
(Musa) dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər.(Zuxruf surəsi, 47)
İstehza etmələrinin səbəbi isə izah edilənləri dinləmək istəməməkləridir. Çünki bu həqiqətlərə qulaq asanda vicdanları oyanır, axirətin varlığının, ölümün və dünya həyatındakı məsuliyyətin ağıllarına gələcəyindən qorxurlar. Bu səbəbdən, Allah`ın elçiləri vasitəsilə endirdiyi dinlərə lağ etmək məqsədilə bu mövzuda fikirlərinə görə karikaturalar çəkir, istehzalı yazılar yazır, bununla nəşələnməyə və Quranda bildirilən həqiqətləri unutmağa çalışırlar.
İnkarçıların bu üslubu şeytanın firqəsində bir-birlərinə qarşı dərin hörmət və heyranlıq meydana gətirir. İstehza etməyi üstünlük kimi gördüklərindən bunu edən insana hörmət edirlər. Etdiklərinə görə iman gətirənlərin zərər görəcəklərini və mənəvi cəhətdən çökmələrini düşünmələri isə böyük səhvdir. İnananların bu vəziyyət haqqında düşündüklərini anlamazlar. Çünki onlar istehzanı güc göstərişi və üstünlük kimi qavrayırlar. Halbuki, istehza çarəsizliyin və gücsüzlüyün əlamətidir. İstehza fikri açıqlaması olmayan, qarşısındakı fikrə qarşı dəlil gətirə bilməyən insanların bu zəifliklərini və komplekslərini gizlətmək üçün istifadə etdikləri vasitədir. Quranda bu mövzuya xüsusilə diqqət çəkildiyi üçün istehzanın dinə inanmayanların inananlara qarşı istifadə etdiyi vasitə olduğunu bilən müsəlmanlar bu davranışı ibadət həzzi ilə qarşılayarlar. Lakin lağ edən şəxs bunu bilmədiyi üçün etdiyi hərəkətin təsirli olduğunu düşünür. Eyni hərəkət özünə qarşı ediləndə özü bundan təsirləndiyindən, qarşı tərəfin də bu cür reaksiya verəcəyindən əmin olur.
İnkarçılar dövrümüzdə də Quran ayələrinə və iman gətirənlərə istehza edərək, inkar etmələrini dini zarafatlarına mövzu edərək bunun bir üstünlük olduğunu düşünürlər. İstehza ilə inkarlarını haqlı göstərməyə çalışan insanlar Allah`ın “Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər”. (Bəqərə surəsi, 15) ayəsi ilə bildirdiyi kimi, ancaq qısa müddət istehza edə bilərlər. Ölüm gəlib çatdığı zaman "…İstehza etdikləri (əzab) onları bürüyəcəkdir”. (Zumər surəsi, 48) ayəsinə uyğun məkanla qarşılaşacaqlar.
Allah lağ edənlərin cəhənnəm əzabı qarşısındakı vəziyyətlərini Quranda belə təsvir edir:
Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edir və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı (dirildiləcəklər)?” De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz)”. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən (dirilib) görməyə başlayacaqlar. (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, haqq-hesab günüdür!” (Onlara deyiləcək:) “Bu, yalan saydığınız fərqləndirmə günüdür!” (Saffat surəsi, 12-21)

Şeytanın əmri: çoxluğa uyun

İnsanların Quranda bildirilən həqiqətlərdən qəflətdə olmalarının və Allah`ın ayələrini inkar etmələrinin ən vacib səbəblərindən biri də şeytanın onları inkar edən insanların çoxluğu ilə aldatmasıdır. İnsanların əksəriyyətinin Allah`ı inkar etməsi, yaradılış həqiqətindən qaçması və Quran əxlaqına uyğun olmayan həyat tərzi keçirməsi, öz həyatını cəmiyyətdə qəbul edilən normalara əsasən qurması bir insan üçün qaçış vasitəsidir. Bu səbəbdən, ona verilən hər suala "hamı belə edir, onlar da inkar edir, onlardan belə gördüm!" kimi qəlibləşmiş cavablar verir. Belə insanın düşdüyü vəziyyət onu düşünməkdən də məhrum edir.
Bu insanlar düşünmədən, həyatın girdabına düşərək əzbərlədikləri şeylərdən başqa "mən niyə bunları edirəm, niyə bu insanlarla birlikdəyəm, niyə onların ardınca gedirəm, niyə düşünmədən hərəkət edirəm?" kimi sualları özlərinə verməzlər. Ağıl və vicdanlarına ehtiyac duymadan, cəmiyyətin doğru və yanlışlarını olduğu kimi mənimsəyər, onların qurduğu həyat şəklini yaşayarlar. Buna səbəb olaraq isə yaşadıqları cəmiyyətin qəbul etdiklərini göstərirlər. Allah`ın ayələrindən üz çevirərək öz yanlış məntiq və düşüncələrini göstərici kimi qəbul etmələri, onların güclü olduğu batil inancına qapılmalarına səbəb olur. İzdihamla birlikdə hərəkət edən şəxslərin müstəqil şəkildə düşünüb qərar vermələri də o qədər çətin olur. Bir-birlərinin izni, razılığı olmadan hərəkət etməkdən çəkinirlər. "Çoxluğa uyma" psixologiyası əsasında haqqı və doğrunu bilsələr belə, bunu açıqlamaqdan çəkinərək səmimi qənaətlərini gizlədərlər.
Bu mövzuda ən çox rast gəldiyimiz nümunələrdən biri təkamül nəzəriyyəsini müdafiə edən materialistlərdir. Təkamülə inananlar: "İllərdən bəri müdafiə edildiyinə görə bu doğrudur", -deyə düşünürlər, "bu qədər insan təkamülə inanırsa, mən də inanmalıyam" düşüncəsi ilə hərəkət edir və "hər kəs elmi həqiqətləri görməməzlikdən gəlirsə, hər halda, mən də elə etməliyəm" nəticəsinə varırlar. Beləliklə, kor-koranə təkamül nəzəriyyəsini müdafiə etməyi özlərinə borc bilirlər. Bu cür insanların Allah`ın varlığını inkar etmək üçün irəli sürdükləri ssenarilərin əsası "hamı inanırsa, doğrudur" şəklindədir. Belə ki, dünya səviyyəsində təşkil edilmiş bu yalana qarşı elmi mübarizə aparmaq cəsarət tələb edir, çünki insan qarşısına milyonlarla insanı almış olur.
Halbuki, insanların əksəriyyəti "onlar dini inkar edirdilər, hamının birdən yanılmasının çətin olduğunu düşündüm" şəklində bəhanənin arxasında gizlənə biləcəklərini düşünürlər. Allah “Ənam” surəsinin 116-cı ayəsində: "Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar", -deyə bildirərək çoxluğa tabe olmağın doğru olmadığını xəbər vermişdir. Dolayısilə, bir fikri çox insanın müdafiə etməsi o fikrin mütləq doğru olduğu mənasına gəlməz.
Bu səbəbdən, insan hər zaman vicdanının səsini dinləməli, çoxluğun qəbul etdiyi fikirlərlə hərəkət etməkdən vaz keçməlidir. Yoxsa qarşısına çoxlu sayda insan toplayan hər insanın doğru yolda olduğu yanlış məntiqi çıxar ki, bu da dəlillərin yerini haqsız çoxluğun alması mənasına gəlir.
Çoxluğun təsirini güc kimi qəbul edən firon da hz. Musa ilə qarşılaşdığı zaman eyni vasitədən təzyiq kimi istifadə etmək istəmişdir. Hz. Musa Allah`ın varlığına dair açıq-aşkar dəlilləri göstərəndə isə firon bütün xalqını bir yerə toplamışdır. Bunu etməkdə məqsədi izdiham önündə qalib olmaq və xalqa təsir etmək idi. İkincisi isə izdihamın gücünün iman gətirənlərə təsir edəcəyini düşünməsi idi. Eyni şey hz. İbrahimin bütpərəst qövmünə də aiddir. Onun qövmünün öndə gələnləri də hz. İbrahimlə danışmaq üçün bütün insanları toplamışdılar. Ayələrdə bu şəkildə buyurulur:
Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” (Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. (Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. (Ənbiya surəsi, 59-61)
Əslində, bu, inkar edənlərdə mövcud olan bir düşüncə tərzidir. İnkarçılar iman gətirənlərlə qarşılaşdıqları zaman yalnız olmaqdan, ətraflarında onları dəstəkləyən insanların olmamasından narahat olurlar. Həmişə izdihamlı qrupla birlikdə olmaq istəyirlər. Ancaq iman gətirənlər Allah`ı dost və vəkil etdiklərindən heç vaxt heç bir mövzuda sarsılmazlar. Allah inananların sayca onlardan daha çox olanlara qarşı necə imani güc ilə hərəkət etdiklərini belə xəbər verir:
(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)
Şübhəsiz, möminlər Allah`a olan təslimiyyətləri ilə qurtulacaqlar. Şeytanı və inkarda öndə gedənləri özlərinə dost edənlərin cəhənnəmdəki yalvarışları isə dünya həyatındakı haqsız izdihamın nə qədər yanlış yolda olduğunu insanlara açıq şəkildə göstərəcək. Çünki o gün inkar edənlər peşmançılıq içində tək-tənha qaldıqlarını söyləyəcəklər. O gün güvəndikləri izdiham onlardan uzaqlaşacaq:
Həmin gün gerçək hökm vermək ancaq Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır. Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 26-30)