23 Temmuz 2016 Cumartesi

Nəticə

Nəticə

Bu kitabda izah edilən insan xarakterlərini əsla özünüzdən uzaq görməyin. Çünki siz də Quranı indiyə qədər oxumamış və ya oxumaq istəsəniz də, indiyə qədər sahib olduğunuz ön mühakimələrə görə oxumaqdan vaz keçmiş ola bilərsiniz. Bəlkə gündəlik işlərinizin çoxluğundan vaxt ayıra bilmədiyinizi düşünərək belə qərar vermiş, bəlkə də ətrafınızdan "çox oxuma, yoxsa təsiri altına düşərsən" kimi məntiqsiz təlqinlər almış ola bilərsiniz. Ya da sadaladığımız bu ehtimalların heç birini yaşamamış və Quranı oxumağı ağlınızdan belə keçirməmiş ola bilərsiniz. Ancaq önünüzdə böyük bir imkan var: şeytanın insanların Quranı dinləmələrinə mane olmaq üçün verdiyi əmrlərə tabe olmayıb vicdanınızın səsini dinləyə bilərsiniz.
Əgər Quranı oxuyan, ayələrdə bildirilən həqiqətləri bilən bir insansınızsa, yenə də qarşınıza gözəl bir fürsət çıxmışdır. Burada izah edilənlərdən Qurandan qaçan insanların necə böyük bir zərərdə olduqlarını görmüş vicdanlı bir insan kimi başqalarının da Quranı oxumalarını tövsiyə edə bilərsiniz. İnsanları Allah`ın dinini öyrənməyə, Quran əxlaqını yaşamağa, İslamın verdiyi gözəllikləri öyrənməyə təşviq edə bilərsiniz.
Hər şeyi yoxdan var edən və dünyanı insanlar üçün bir imtahan yeri edən Rəbbimiz, şeytana güc verib insanlara "eşitmə, dinləmə, düşünmə" dedizdirir. Ancaq siz bu imtahanın fərqinə varıb şeytanın əmrlərinə qulaqlarınızı tıxamalı və vicdanınızın: "Eşit, dinlə", -deyən sözünə tabe olmalısınız. Unutmayın ki, sizə şeytanın təlqinlərini verən, Allah`a iman gətirməyinizə mane olan, güc və iqtidar sahibi görünən öndərləriniz də Allah`ın sizi sınamaq üçün yaratdığı varlıqlardır. Allah şeytanın bu çağırışlarına necə qarşılıq verəcəyinizlə bağlı sizi sınayır. Eynilə, onların "kitabları oxumayın,  düşünməyin" əmrlərini verən səsi yaradanın da Allah olduğunu əsla unutmayın.
Unutmayın ki, bu insanların hər birinin ayrı-ayrı güc sahibi olduğunu düşünərək, onlardan çəkinmək, qorxmaq və heç düşünmədən onlara itaət etmək böyük səhvdir. Çünki o insanların hər biri də Allah`ın onlar üçün yazdığı qədərə təslim olurlar və Allah diləmədikcə heç nəyə güc yetirə bilməzlər. Ancaq bir həqiqət var, o da bütün insanların bu gün, ya da sabah, yaxın, ya da uzaq bir zamanda mütləq ölüm mələkləri ilə qarşılaşıb tək-tənha hesaba çəkiləcəkləridir. Hər insan istəsə də, istəməsə də, ağ bezə sarılıb yerin üç metr altına girəcək və üstünə torpaq atılacaq. Hər insan Allah`ın hüzuruna çıxacaq. Bilin ki, insan Allah`ın hüzuruna çıxdığı anda yanında onu Allah`ı inkar etməsini dəstəkləyən, təşviq edən, hətta özü də inkar edən, dost sandığı insanlardan heç biri olmayacaq. Bu səbəbdən, sizi inkara təşviq edən insanların canlı və sağlam olmaları sizi aldatmasın. Çünki hesab günü o insanların heç birini yanınızda görməyəcəksiniz. Allah ayədə belə bildirir:
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allah`a) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)
Bu səbəbdən, siz də o gün gəlmədən öncə Quran həqiqətindən qaçmaqdan vaz keçin, vaxtınızı Quranı oxumağa və oxutmağa, Quran ayələri üzərində düşünməyə və düşündürməyə ayırın.

Hiç yorum yok:

Yorum Gönder