Yaradılış Həqiqəti - 2
(Fosillər təkamülü təkzib edir)
Qurbağa fosili
Dövr: Senozoik zaman, Eosen dönemi Yaş: 50 milyon yıl
Pelobatidae (sarımsaq qurbağası) sinfinə daxil olan bu qurbağa cinsinin bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içində, bir qismi də sulu yerlərdə yaşayır. Bu heyvanlar anidən ortaya çıxmış, yəni yaradılmışlar və ortaya çıxdıqları andan bu yana heç bir təkamülə məruz qalmamışlar.
50 milyon illik qurbağa fosili və yan tərəfdə dövrümüzdə yaşayan qurbağa.
|
İlan ulduzu fosili
Dövr: Mezozoy erası, Yura dövrü Yaş: 150 milyon il Bölgə: Solnhofen, Eichs tatt, Almaniya
İlan ulduzu, təkamülü qəti şəkildə yalanlayan yaşayan fosildir. 300 milyon il əvvəl yaşayan ilan ulduzları da, 245 milyon il əvvəl yaşayan nümunələri də, 150 milyon il əvvəl yaşayanlar da hal-hazırda yaşayan nümunələri ilə bir-birinin eynidir. Yüz milyonlarla ildir eyni qalan ilan ulduzları təkamülün yalan olduğunu sübut edir.
Yuxarıda hal-hazırda yaşayan ilan ulduzu şəkli yerləşir.
|
Qurd kəlləsi fosili
Yaş: 50 milyon yıllık Dövr: Eosen Tapıldığı yer: Green River Oluşumu, Kemmerer, Wyoming, ABD
Qurdlar bu günkü xüsusiyyətləri ilə yaradılmışlar və milyonlarla ildir dəyişməmişdir. Məməlilərin mənşəyi mövzusunda təkamülçülərin irəli sürdükləri iddialar ağılsız və məntiqsiz hekayələrdən ibarətdir. Heç bir elmi dəlilə əsaslanmayan bu hekayələr təbliğat xarakteri daşıyır. Əlbəttə, hər kəs istədiyi kimi ssenarilər yaza bilər, fantastik üslubdan istifadə edə bilər, lakin bu ssenarilərə elmi don geydirmək doğru deyil.
120 milyon illik qurd kəlləsinin fosili dövrümüzdəki qurdlarla eynidir.
|
Qurd kəlləsi fosili
Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısı (Allah`dır)! Elə isə Ona ibadət edin! O, hər şeyi qoruyandır. (Ənam surəsi, 102)
Dövrümüzdəki qurdlarla 9.5 milyon yaşı olan qurd kəlləsinin fosili eynidir.
|
Boz ayı kəlləsi fosili
Bu günə qədər heç bir boz ayı: "Niyə özümü inkişaf etdirib sivilizasiya qurmuram", -deyib şəhərlər inşa etməyə, sənət əsərləri meydana gətirməyə, ədəbi əsərlər yazmağa, elmi kəşflər etməyə başlamamışdır. Ayılar həmişə ayı olmuş, heç bir canlıya çevrilməmişlər. Bütün canlılar sahib olduqları xüsusiyyətlərlə soylarını davam etdirmişlər. Meymunların insana çevrildiyini iddia etmək ağılsızlıqdır. Bu iddianın heç bir elmi əsası yoxdur.
Dövrümüzdə yaşayan boz ayı ilə 90 milyon illik boz ayının kəllə fosili heç bir dəyişikliyə uğramadan eynidir.
|
Qurd kəlləsi fosili
Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər. (İsra surəsi, 99)
9.3 milyon illik qurd kəlləsinin fosili ilə dövrümüzdə yaşayan qurd eynidir.
|
Şir kəlləsi fosili
Ən vəhşi heyvan kimi tanınan və pişiklər fəsiləsinin nümayəndələri olan şir, bəbir və pələngin dərilərindəki naxışların fərqli olduğunu bilirsinizmi? İnsanların barmaq izi kimi bu naxışlar da hər bəbir və yaquarda fərqlidir.
80 milyon illik pələng kəlləsinin fosili ilə dövrümüzün pələngləri eynidir.
|
Tülkü kəlləsi fosili
O, Xaliq, yoxdan yaradan, surətverən Allah`dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)
95 milyon illik tülkü kəlləsinin fosili ilə dövrümüzün tülküləri eynidir.
|
Zargan fosili
Fosil tapıntıları təkamül nəzəriyyəsinə vurulan ən böyük zərbədir. Çünki:
1.Təkamülçülər canlıların daim kiçik dəyişikliklərə uğrayaraq sadədən mürəkkəbə doğru inkişaf etdiyini iddia edirlər. Fosil tapıntıları isə canlıların yüz milyon illərlə kiçik bir dəyişikliyə belə uğramadığını isbatlamışdır. 2.Təkamülçülər bütün canlıların xəyali ortaq atadan törədiklərini irəli sürürlər. Bu günə qədər canlı növlərinin atası kimi qəbul edilən bir dənə fosil nümunəsinə belə rast gəlinməmişdir. 3.Təkamülçülər canlıların bir-birlərindən törədiklərini və bunu göstərən ara-keçid forması olduğunu iddia edirlər. Lakin 150 il ərzində aparılan araşdırmalar nəticəsində bir dənə belə ara canlılara aid fosil tapılmamışdır.
Belonidae sinfinə daxil olan zarqanlar incə uzun quruluşa sahibdir. Sıçrayaraq suyun üzərinə çıxa bilir və quyruqlarının üzərində yenidən suya geri qayıda bilirlər. Bu metoddan düşmənlərindən qaçmaq üçün istifadə edirlər.
Livanda tapılmış 95 milyon illik zarqan fosili ilə dövrümüzdə yaşayan zarqan bir-birinin eynidir.
|
Krevet fosili
Almaniyada tapılan 208-146 milyon illik krevet fosili ilə dövrümüzdəki krevet arasında heç bir fərq yoxdur.
|
Xərçəng fosili
Dövr: Mezozoy erası, Təbaşir dövrü Yaş: 146-65 milyon il Bölgə: Be ar Paw, Kanada
150 ildir əldə edilən fosil qaynaqları canlı növlərinin heç bir zaman dəyişmədiyini və bir-birinə çevrilmədiyini isbatlamışdır. Hal-hazırda yaşayan nümunələrindən heç bir fərqi olmayan 146-65 milyon illik xərçəng fosili bu həqiqəti bir daha vurğulayır.
Yuxarıdakı şəkildə hal-hazırda yaşayan xərçəng və fosili göstərilir.
|
Krevet fosili
Dövr: Mezozoy erası, Yura dövrü Yaş: 208-146 milyon il Bölgə: Solnhofen, Eichstatt, Almaniya
Təxminən 200 milyon ildir heç bir dəyişiklik keçirməyən krevetlər Darvinistlərin bütün iddialarını etibarsız edən elmi faktlardan biridir. Yer üzünün bir çox hissəsindən çıxarılan fosillər həmişə eyni həqiqəti ortaya qoyur. Tarixin heç bir dövründə təkamül yaşanmamışdır. Təkamül sadəcə Darvinistlərin xəyallarında olan hekayədir.
Yuxarıdakı şəkildə halhazırda yaşayan krevet və fosili göstərilir.
|
Hiç yorum yok:
Yorum Gönder