23 Temmuz 2016 Cumartesi

Yaradılış Həqiqəti - 1

Yaradılış Həqiqəti - 1

cicek,qus
De: “Bir deyin görək, sizin Allah`dan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”. (Əhqaf surəsi, 4)
Dünyada yaşayan on mindən çox quş növünün hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Şahinin iti gözləri, geniş qanadları və sivri pəncələri var. Bir neçə yüz qramlıq yağmur quşları hər il qışlamaq üçün 4.000 kilometrlik yolu 88 saat qanad çırparaq və okeanın üstündə dəstələrini itirmədən qət edirlər. Allah hər canlını müxtəlif xüsusiyyətlərlə yaratmışdır.
 
kepenek
Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər. Bunlarda onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? (Yasin surəsi, 72-73)
Kəpənəklər soyuqqanlı canlılar olduqları üçün bədən temperaturlarının çox yüksəlməməsi və daim nisbətdə tutulması vacibdir. Uçma əsnasında qanadlarda yaranan yüksək temperatur kəpənəklər üçün problemdir. Kəpənəklərin bədənindəki qan qanadlardakı çox incə damarlardan keçir. Kəpənəyin bədənində yaranan artıq temperatur qanadlardakı incə damarlarda qanın dövranı ilə birlikdə xaricə atılır. Bu, Allah`ın yaratmasıdır.
 
yarpaq
Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər. Bunlarda onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? (Yasin surəsi, 72-73)
Yüksək dərəcəli temperaturda bütün yay boyu yarpaqları günəşin altında qovurulmasına baxmayaraq, bitkilərə heç nə olmur. Yarpaqların günəşə tərəf olan üst hissələri su itkisinin qarşısını almaq üçün xüsusi qoruyucu təbəqə ilə örtülmüşdür. Bundan başqa, su yarpaqlardan buxarlanır və tərləmə baş verir. Su buxarlanarkən tərləmə sayəsində bitki sərinləyir. Uca Allah yaratdığı bütün canlıları ən yaxşı biləndir, qoruyandır.
 
tirtil, kamuflyaj
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, həlimdir, bağışlayandır. (İsra surəsi, 44)
Bir çox bitki növü tırtıllardan qorunmaq üçün uçucu xüsusiyyətə malik kimyəvi maddə ifraz edirlər. Bu kimyəvi maddələr sayəsində tırtılların düşməni olan ovçu həşəratlar bura gəlir və tırtılları yeyərək bitkini qoruyurlar. Şübhəsiz ki, bitki özünü düşmənlərindən qorumaq üçün belə strategiya hazırlaya bilməz. Bitkini qüsursuz xüsusiyyətlərlə yaradan aləmlərin Rəbbi olan Allah`dır.
 
pisik, beyin
Pişik balaları doğulduqları zaman kor və müdafiəsiz olurlar. Təxminən 100 qr. ağırlığındakı balalara baxmaq üçün ana pişik çox az yatır. Daim balalarının isti qalmalarını və müdafiəsini təmin etməyə çalışır. Ananın südü balaların böyüməsi üçün tam lazım olan xüsusiyyətdədir. Bu canlıların balalarına olan şəfqəti ancaq bütün canlıların hakimi olan Allah`ın ilham etməsi ilə yaranır.
Sınıq zamanı ağrı hissinə səbəb olan sinirlər onurğa iliyi ilə beyinə daha çox siqnal yollayır. Beyin hüceyrələri isə ilk 10-15 dəqiqədə ağrı siqnallarını demək olar ki, sıfıra endirən morfinə bənzər təbii anesteziya maddəsi olan endorfini ifraz etməyə başlayır. Bunun sayəsində yaralanan insanın təhlükə yerindən uzaqlaşmaq üçün gücü olur. Şüursuz hüceyrələrə bu xüsusiyyətləri verən uca Allah`dır.
 
qan, itler
Qanda oksigeni daşımaqla mükəlləf olan zülalı daşıyan qırmızı qan hüceyrələri elastiklik sayəsində ən dar kapillyarlardan belə rahat şəkildə keçirlər. Qırmızı qan hüceyrələrinin elastiklik xüsusiyyəti olmasaydı, bədənin bir çox yerində ilişib qalar və və şəkər xəstələrində olduğu kimi qan hüceyrələri elastikliyini itirər, xəstələrin gözlərindəki həssas toxumalar elastik olmayan qan hüceyrələri tərəfindən tıxanar və bu da korluğa səbəb olardı.
İtlərin qoxulara qarşı həssas burunları var. Bəzi it cinslərinin qoxu hissi insanlardakından bir milyon dəfə çoxdur. Burnumuzda 5 cm2 olan qoxu nayihəsinin böyüklüyü itlərdə 150 cm2-ə bərabərdir. İtlərin burnundakı qoxu hüceyrələrinin sayı da çoxdur. Məsələn, bir alman çoban itində 225 milyon qoxu alma hüceyrəsi var.
 

Hiç yorum yok:

Yorum Gönder